adalet.az header logo
  • Bakı 6°C
28 Avqust 2016 20:05
6401
DÜNYA
A- A+

Qırğızıstanda matəm elan olunub

Qırğızıstanda 29 avqust matəm günü elan edilib.

 

 Qırğızıstan prezidenti Almazbek Atambayev avqustun 27-də səhər Moskvanın Altufyevo şossesi-5 ünvanında yerləşən "Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verən yanğın nəticəsində 14 Qırğızıstan vətəndaşının həyatını itirməsi ilə əlaqədar belə fərman verib.

 

Fərmana əsasən sabah ölkədə dövlət bayrağı yarıya qədər endiriləcək, bütün əyləncəli tədbirlər ləğv ediləcək. Dövlət başçısı hökumətə yanğın zamanı həyatını itirənlərin ailələrinə hərtərəfli yardım göstərilməsi barədə tapşırıq verib.