adalet.az header logo
  • Bakı 6°C
28 Avqust 2016 15:00
7236
DÜNYA
A- A+

Rusiya Qafqazda böyük ordu cəmləşdirir

Rusiya Qərb, Mərkəz və Şimal Hərbi dairələrindəki böyük ordu və hərbi dəniz qüvvələrinin birləşmələrinin bir qismini Cənub Hərbi Dairəsindəki poliqon və aerodromlara yerləşdirib.

Adalet.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiya Departamenti məlumat yayıb.

Hərbi birləşmələrin qəfil yerdəyişməsi Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yoxlanılması məqsədilə və sentyabrda keçiriləcək "Qafqaz-2016” strateji təlimi çərçivəsində həyata keçirilir. Hərbi birləşmələrin yerdəyişmə prosesi avqustun 25-dən başlanıb və avqustun 31-dək davam edəcək.