adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Avqust 2016 12:33
3945
HADİSƏ
A- A+

Samuxda güclü meşə yanğını

Samux rayonu, Burunqovaq kəndində Meşə Mühafizə və Bərpa Müəssisəsinə məxsus ərazidə ağaclar, kol-kos və qamışlıq 25 ha sahədə yanıb.

Bu barədə məlumat Adalet.az–a Fövqəladə Hallar Nazirliyindən verilib.

Məlumata əsasən, meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.