adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Avqust 2016 12:08
12751
KRİMİNAL
A- A+

Tanınmış Rusiyalı jurnalist intihar etdi

Ukraynada rusiyalı jurnalist, "Yeni Region” agentliyinin təsisçisi Aleksandr Şetinin meyidi tapılıb.

Adalet.az RİA Novostiagentliyinə istinadən xəbər verir ki, başında güllə yarası olan jurnalistin meyidi Kiyevdəki mənzilinin eyvanında tapılıb.

A. Şetinin meyidi ilk olaraq onun ad gününü təbrik etmək üçün mənzilinə gələn dostları aşkarlayıb. Cəsədin yaxınlığında jurnalistin ölümündən əvvəl yazdığı məktub, travmatik tapança və giliz tapılıb. Jurnalistin intihar etdiyi ehtimal olunur.

Polis araşdırma aparır.