adalet.az header logo
  • Bakı 7°C
28 Avqust 2016 11:01
6550
HADİSƏ
A- A+

Cəbhə rayonlarında qasırğa ciddi fəsadlar törədib

Ötən gecə Ağdam, Bərdə və Tərtər rayonlarında qasırğa ciddi fəsadlar törədib.

Adalet.az-ın APA-ya istinadən xəbərinə görə, ötən gecə yağışla müşahidə olunan güclü küləkAğdam, Bərdə və Tərtər rayonlarında ağacları kökündən qopararaq elektrik naqillərinin üzərinə salıb.

Bu səbəbdən həmin rayonların bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.Ağdamrayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü QasımovAPA-ya açıqlamasında bildirib ki, hələlik Çəmənli və İmamqulubəyli kəndlərindən tikililərə zərər dəyməsi barədə məlumat daxil olub: "Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar kənara daşınaraq, həm yolların açılmasını həm də elektrik naqillərinin bərpasını təmin edirik.”