Türkiyədə mülki aeroport raket atəşinə tutulub
Türkiyənin Diyarbəkir şəhərində PKK terrorçuları mülki aeroportun binasına dörd raket atıblar.
Raketlər hava limanının polis məntəqəsinə dəyib.
İlkin məlumata görə, insident nəticəsində ölən yoxdur.
Sərnişinlər və aeroportun işçiləri təhlükəsiz yerə təxliyə olunub.