adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Avqust 2016 04:20
5032
HADİSƏ
A- A+

Şəki sakinini ilan sancıb

29 yaşlı Şəki rayon sakinini ilan sancıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, avqustun 27-i saat 22 radələrində rayonun Yeni Çələbixan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Vasif Arif oğlu Zeynalov  ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 29 yaşlı Vasif Zeynalov yaşadığı kəndin ərazisində yolla piyada gedərkən ilanı tapdalayıb. İlan isə Vasif Zeynalovun sağ ayağının topuq nahiyəsindən sancıb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Vasif Zeynalova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

 

Vasif Zeynalovun vəziyyətinin orta-ağır olduğu bildirilir.