adalet.az header logo
  • Bakı 7°C
28 Avqust 2016 01:41
6761
DÜNYA
A- A+

Rusiya İran üçün 1 milyard dollar dəyərində dəniz qazma qurğuları inşa edəcək

 İran və Rusiya arasında Fars körfəzində dəniz qazma qurğularının inşasına dair 1 mlrd. dollar dəyərində saziş imzalanıb.   

 

Saziş İranın "Tasdid” şirkəti və Rusiyanın "Krasnıye barrikadı” gəmiqayırma zavodu arasında imzalanıb. Layihə Fars körfəzində  neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə beş dəniz qazma qurğusunun inşasını nəzərdə tutur.  

 

 Qurğuların Hürrəmşəhr liman şəhərində iki il müddətində inşa olunması nəzərdə tutulub.