adalet.az header logo
  • Bakı 7°C
28 Avqust 2016 00:40
4480
HADİSƏ
A- A+

Tovuzda güclü külək fəsadlar yaratdı

Tovuzda güclü külək bir sıra fəsadlar yaradıb. 

Bu gün axşam saatlarında qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti Tovuzda dağıntılar yaradıb.
Rayon Fövqəladə Halla Komissiyasından verilən məlumata görə, təbii fəlakət nəticəsində rayon mərkəzində 5 və 2 mərtəbəli yaşayış binasının dam örtüyü uçub. İri bir ağac kökündən qoparaq Bakı – Qazax magistral yoluna düşüb. Həmçinin Tovuz şəhərində də külək xeyli sayda ağacları kökündən qoparıb.


Əlverişsiz hava şəraiti nəticəsində Qovlar şəhərində yerləşən 7 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyada yanğın yaranıb. Hazırda ətraf kəndlərin elektrik enerjisiz olduğu bildirilir.
Küləyin Tovuzun kəndlərində də fəsadlar yaratdığı bildirilir. Məlumata görə, hazırda fəsadların aradan qaldırılması istiqamətinə rayonda iş aparılır.