adalet.az header logo
  • Bakı 7°C
27 Avqust 2016 21:19
3309
HADİSƏ
A- A+

Qazaxda kənd xəstəxanası yandı

Qazax rayonu, Daş Salahlı kəndində Səhiyyə Nazirliyinə məxsus kənd xəstəxanasında yanğın hadisəsi baş verib.
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 m² olan, birmərtəbəli 3 otaqlı kənd xəstəxanasının dam örtüyü 5 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, xəstəxana hazırda fəaliyyət göstərmir.