Azərbaycan nümayəndə heyəti Sultan Səlim körpüsünün açılışında
Avqustun 26-da İstanbulda dünyanın ən enli asma körpüsünün istifadəyə verilməsi ilə bağlı rəsmi açılış mərasimi olub.
Mili Məclisdən verilən məlumata görə, mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildir.
Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, parlamentin sədri İsmail Kahraman, Türkiyənin 11-ci prezidenti Abdulla Gül, sabiq baş nazir Əhməd Davudoğlu və digər şəxslər çıxış ediblər.
Nümayəndə heyətinin Türkiyəyə səfəri bu gün başa çatır.
Digər Xəbərlər
19 Mart 2024 11:43
“NATO Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu da yüksək qiymətləndirir”
19 Mart 2024 11:41Britaniya səfiri xalqımızı Novruz bayramı münasibətilə təbrik edib
19 Mart 2024 10:16Aqiyə Naxçıvanlı: “Bu il Novruzu Qarabağda və Şərqi Zəngəzurda bu torpaqların əsl sahibləri qarşılayır”
18 Mart 2024 20:00Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mart 2024 19:39