adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Avqust 2016 22:11
3838
HADİSƏ
A- A+

Goranboyda bir nəfər yol qəzasında xəsarət alıb

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş qəza baş verib.


Goranboy rayon sakini 1995-ci Tural İsmayılov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maneəyə çırpılıb.

 

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan T.İsmayılov Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.