adalet.az header logo
  • Bakı 7°C
27 Avqust 2016 21:01
7067
İDMAN
A- A+

“Maraqlıdır, “Qarabağ” bizə qarşı necə oynayacaq?”

"Mançester Yunated”lə bir qrupa düşmək istəyirdik. Bu rəqiblə oyunlarda özümüzü daha çox göstərə və yaxşı təcrübə qazana bilərdik. Təəsüf ki, püşkün nəticəsi başqa cür oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Slovan” (Çexiya) klubunun futbolçusu Eqon Vux püşkü dəyərləndirərkən deyib.

Çexiyalı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında "Qarabağ”ın onlar üçün arzuolunmaz rəqib olduğunu bildirib:

"Qarabağ”ın "Viktoriya” ilə qarşılaşmalarına  baxmışam. Yaxşı oyunçuları var. Onların oyunlarını izləmək zövq verirdi. Maraqlıdır, bizə qarşı necə oynayacaqlar?”

25 yaşlı futbolçu digər rəqibləri – "Fiorentina” və PAOK haqda da danışıb: "Fiorentina” maraqlı komandadır. Gözəl şəhərləri var. PAOK isə Yunanıstanın güclü komandalarından biridir”.

Qeyd edək ki, "Qarabağ” qrupda ilk oyununu "Slovan”a qarşı keçirəcək. Görüş sentyabrın 15-də Bakıda keçiriləcək.