adalet.az header logo
  • Bakı 6°C
27 Avqust 2016 18:54
4309
GÜNDƏM
A- A+

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 26-da və 27-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ sakinlərini qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə polis orqanlarının fəaliyyəti, sakinlərin problemləri ilə maraqlanan nazir problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Müraciətlərin böyük əksəriyyəti elə yerində öz həllini tapıb.
Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.