adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Avqust 2016 09:25
4860
GÜNDƏM
A- A+

Uşaqları öldürülən torpaqlar

Bu faciəni biz də gördük. Erməni faşistləri Xocalıda elə bir dəhşət törətdi ki, insanlıq heyrət içində donub qaldı. Faciə erməni faşizminin qanlı imzasını bütün dünyaya tanıtdı. Orada qətlə yetirilən uşaqlardan ikisinin fotoşəkli bu faciənin simvolu oldu.
Sonralar erməni faşizminin ideoloqlarından olan Zori Balayan da öz kitabında bir azərbaycanlı körpəni necə əzabla öldürdüyünü soyuqqanlılıqla yazdı. Sərkisyan dinc əhalini, hətta uşaqların öldürülməsini məhz qəsdən törədildiyini bəyan etdi. Yəni ermənilər faşizanə xarakterlərini hər addımda, hər yerdə etiraf etdilər. Dünya gördü, dünya bildi, dünya susdug
ABŞ və ona qoşulan koalision gücləri İrakda minlərlə uşağı bombaların altında parça-parça elədi. Sağ qalan uşaqlardan 1 milyonu yetim qaldı. Ölkənin demokrafik tarazlığını qəsdən pozdu. Müsəlman nüfuzunun gələcəyini baltaladı. Ata və oğul Buşlar İraqı yerlə-yeksan, uşaqların gələcəyini qapqaranlıq elədilər.
İsrail təyyarələri dəniz sahilində oynayan qəzzalı uşaqları bombaladı. Hamısı öldü. O körpə fidanlar gül açmamış qönçələr kimi zalımın əlində solub getdilər.
Bu gün də fəlakət içində çırpınan Suriya - "Ərəb baharı" proyektinin həyata keçmədiyi bir ölkə. Bəşər Əsad ("Əsəd" yox, məhz Əsad) dirəndi. Təyyarələrin yağdırdığı "demokratik" bombalar xalqın iradəsini sonuna qədər qıra bilmədi. Amma faciə buradan da yan keçmədi. Yenə uşaqlar, körpə fidanlar...g
Bombalardan, güllələrdən qaçan körpələr "xoşbəxt dünya"ya üz tutarkən ya acından, ya soyuqdan öldülər, ya da sularda qərq oldular. Bütün dünyanı titrədən balaca Aylanın meyitini sahilə atan dalğalar sanki bəşəriyyətə faciənin nə qədər böyük, nə qədər amansız olduğunu göstərdi. Üzüquylu, sanki yatmış kimi Egeyin sahilində hərəkətsiz olan Aylan suriyalı uşaqların simvolik tablosu oldu.
Balaca Nüda, 4 yaşlı Fidan da böyümədilər. Əyinlərinə gəlin paltarı geyinmədən dünyadan köçdülər. "Köçdülər" yox, köçürüldülər, öldürüldülər.
Qazıyantəpdəki terror hadisəsində də uşaqlar hədəf alındı. Hətta 3 aylıq körpəyə də qıydılar. 5 yaşlı Umra sanki bütün dünyanı ittiham etdi:
- Mən cocuğam. Onlara nə etmişəm ki?!
Cavab yoxdur. Əslində var - acımış, yeni sərvətlər, torpaqlar işğal etməklə müsəlman ölkələrini yenidən bölüşməyə çalışan ABŞ və Avropa bu yolla müsəlman nüfuzunun gələcəyini baltalayıb, torpaqlarını ələ keçirmək üçün hər yola əl atırlar.
ABŞ-ın əl-Kaidəsi, İŞİD-i, ingilislərin vəhhabiləri, İsrailin nurçuları, Fətullahın "hizmətçiləri"g Yaxın Şərq proyektinin - yəni "parçala, hökm elə" zehniyyəti ilə yaradılan muzdlu güclərdir. Elə bir terror təşkilatı yoxdur ki, orada ABŞ-ın "barmaq izləri" görünməsin. Ən əvvəl ABŞ və ona dəstək olan koalisiyon gücləri hər hansı müsəlman ölkəsini bombalayır. Daha sonra orada düşmənçilik toxumu səpib, kənardan baxır. Qəbilələr, təriqətlər, müxtəlif düşüncə sahibləri bir-birlərini qırıb-çatırlar. Ölkə zəiflədikcə zəifləyir, haldan düşür və bu zaman "ovçular" yenidən meydana çıxırlar. İblisanə hərəkətlərilə bu dəfə özlərini humanist kimi göstərirlər. Üç-dörd qutu siqaret, quru çörək, vaxtı keçmiş digər ərzaqlar paylayırlar. Öldürdükləri insanların, ən çox da körpələrin ruhu qarşısında şeytanlar kimi gəzib-dolanırlar.
Nə vaxta qədər?!
O zamana qədər ki, hər müsəlman ölkəsi öz başını salamat istəyəcək və başına bomba yağacaq. ABŞ və Avropa birləşib. Qan tökür, işğal edir, sərvətləri sümürüb aparır. Müsəlman ayılmır, birləşmir, sanki hələ də orta əsrlərdən üzübəri gəlməyib.
Və əslində gəlməyib də! Xristian şirkət quranda bunlar geydirmə təriqətlər yaradırlar. İslamı saxtalaşdırdıqca ölürlər, öldürürlər, torpaqlarını, mənliklərini, körpələrini, gələcəklərini itirirlər.
Və yenə də Xocalı faciəsində öldürülən körpələrin yanına qayıdıram. ABŞ və Qərbin erməni faşizminə göz yummalarını bu panoramda anlamaq daha asandır - xristian ermənilər müsəlman azərbaycanlıların torpaqlarını işğal edib, körpələrini öldürüblər... Yəni ermənilərin hərəkətlərində özlərini görürlər. Yoxsa niyə ABŞ işğal olunmuş Dağlıq Qarabağdakı ermənilərə o qədər pul verir? Bunu nə ilə əsaslandırır? İşğala məruz qalan Azərbaycana isə bir şeydirmə - "906-cı düzəliş"lə heç bir yardım göstərməyib.
İndi o ölən, yaralanan, yetim qalan körpələrin qatillərinə havadarlıq edənləri apaydın görürük. Son həmlələri Türkiyədir. Hamı ayaqdadır və onlar burada dirəndilər. Bəlkə də hesab edirdilər ki, əyilməkdən, təhqir olunmaqdan, haqsızlığa uğramadan, işsizlikdən, yalanlardan bezmiş türkün gücü azalır. Ordusu darmadağın edilib, iqtisadiyyatı çöküb. Amma unutdular ki, Türk milləti belə məqamlarda ayağa qalxmağı, düşməni əzməyi bacarır və belə də oldu.
Və bu gün körpələri hədəf alanlar kimə köməklik etdiklərini ciddi düşünməlidirlər. Türk yatmış pələng bənzəridir! Bozqurddur! Ayağa qalxanda düşmənlə vuruşmağı, diz çökdürməyi bacarır.
Öldürdükləri, yaraladıqları körpələrin intiqamı isə alınacaq.
Həm orada, həm də burada - Qarabağda!