adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Avqust 2016 00:24
9804
LAYİHƏ
A- A+

BALAKƏN: ZİRVƏLƏRƏ QOVUŞMAQ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

(Əvvəli ötən saylarımızda)

Torpaq sahələrində
səmərəli istifadənin
maksimum təmin
olunması

Nazirlər Kabinetinin 2016-cı iIin birinci yarısının yekunlarına dair hesabat müşavirəsində Prezident İlham Əliyev qarşıda duran vəzifələr barədə fikirlərini bildirərkən Dövlət investisiya proqramının və infrastruktur layihələrinin uğurla icra olunduğunu qeyd etmiş, daxili bazarın inkişafının, özəl sektorun inkişafına yönəldilmiş əməli tədbirlərin icrasının, ixrac potensialının artırılmasının əhəmiyyətini xüsusi vurğulamışdır. Ölkə Prezidenti qeyd etmişdir ki, regionlarda sənaye zonalarının yaradılması, kənd yollarının tikilməsi, dərman preparatlarının istehsalı, torpaqlardan səmərəli istifadə edilməsi, texniki bitkilərin, o cümlədən tütünün əkinlərinin artırılması, heyvandarlığın inkişafında yeni yanaşmanın tətbiqi, bölgələrdə aqroparkların yaradılması təmin edilməli, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulunun istehsalına nail olunmalı, əlverişli şərtlərlə realizə olunması üçün bazarlar tapılmalıdır.
Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, kənd təsərrüfatı sahəsində aparılan işlərin səmərəliliyinin artırılması, bu sahədə mövcud potensialın üzə çıxarılması, eləcə də emal sənayesinin inkişafının stimullaşdırılması, yeni iş yerlərinin açılması məqsədilə RİH tərəfindən 12 bənddən ibarət sosial-iqtisadi inkişaf proqramı hazırlanmışdır. Proqramın icraçıları rayon kənd təsərrüfatı idarəsi və aidiyyəti xid]mət təşkilatları, sahibkarlar, fermerler və bələdiyyə qurumlarıdır. Proqramın icrası nəticəsində 7275 yeni iş yerləri yaranacaq, əhalinin məşğulluğu təmin ediləcəkdir.
Ölkə Prezidentinin torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılması ilə bağlı verilmiş göstərişlərinə uyğun olaraq rayonda dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrindən istifadənin vəziyyəti RİH-də yaradılmış Qərargah tərəfindən araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Bu sahədəki mövcud vəziyyət həm cari ilin I rübünün yekunlarına dair keçirilən şura yığıncağında, həm də 19 mayda keçirilən rayon müşavirəsində müzakirə olunmuş və başçı tərəfindən aidiyyəti qaydada tapşırıqlar verilmişdir.

...Və kənd təsərrüfatının bütün istiqamətlər üzrə
inkişaf perspektivləri

Heyvandarlığın inkişafının təmin edilməsi məqsədilə yerli iribuynuzlu mal-qaranın cins mal ilə əvəz olunması, yem məqsədləri üçün senaj və silos istehsalının təşkili, örüş və əkin sahələrinin azlığını nəzərə alaraq heyvanların stasionar (qapalı) şəraitdə saxlanılmasının təşkili də vacib məsələdir.Yeni yaradılmış Kənd təsərrüfatı idarəsi bu məsələyə ciddi diqqət yetirməlidir. Fındıq və xurma istehsalının ölkənin ixrac potensialı baxımından əhəmiyyəti nəzərə alınmalı, fındıq və xurma bağları genişləndirilməli və daha məhsuldar növlərlə əvəz olunması istiqamətində işlər görülməlidir. Rayonun kəndlərində 139 ha sahədə yeni fındıq bağları salınmışdır ki, bu da fındıq istehsalının artırılmasına imkan yaradacaqdır.
Kənd təsərrüfatı məhsullarının saxlanılması və həmin məhsulların satışından maksimum gəlir əldə edilməsi diqqət mərkəzində olmalı, sahibkarlar Katex soyuducu anbar kompleksinin imkanlarından geniş istifadə etməlidirlər.
Bununla yanaşı, gələcəkdə baramaçılığın inkişaf etdirilməsi sahəsində əlavə tədbirlər də görülməlidir. Payız mövsümündə daha 50000 ədəd tut ağacının əkilməsi və növbəti ildə barama istehsalının 15 tona çatdırılması hədəf kimi müəyyən edilmişdir. Barama istehsalı nəticəsində qısa müddət ərzində yüksək gəlir götürmək imkanları olduğundan bu sahənin inkişafına xüsusi diqqət verilməlidir.
Yaxın günlərdə rayonda kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunmaqla məhsullar aşağı qiymətə alıcılara təklif olunacaqdır ki, bütün bunlar da son nəticədə əhalinin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdir. Aqrar sektorun inkişafı sahəsində qeyd olunan işlərin təşkilində Rayon Kənd Təsərrüfatı idarəsinin üzərinə böyük vəzifələr düşür.
Ekoloji problemlərin həlli və yaşıllıqların qorunması, meşə əkinlərinin artırılması və mühafizəsi işləri, həmçinin, yol kənarlarına, park və bağlara yeni əkilən ağaclara qulluq göstərilməsi, suvarılması və qorunması diqqət mərkəzində saxlanılmalıdır.
Rayonda təmir-tikinti işləri davam etdirilir. Şəhər ərazisində ümumilikdə 16 çoxmənzilli kommunal binanın fasadı təmir edilmiş, daha 2 binanın təmiri yaxında başa çatdırılacaqdır. Heydər Əliyev prospektində, Qazbinə kəndi istiqamətində başlanan abadlıq-quruculuq işləri əsasən başa çatdırılmışdır. Şəhər küçələrində yeni asfalt örtüyünün salınması və mövcud asfalt örtüyünün təmiri işləri davam etdirilir.
Kənd təsərrüfatı idarəsi üçün tikilən inzibati bina yaxın günlərdə, əsaslı təmir olunan internat məktəbi yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcəkdir. Şərif kənd tam orta məktəbi üçün yeni məktəb binasının tikintisinə yaxında başlanacaq, üçüncü rübün sonunadək səhiyyə və mədəniyyət obyektlərində əsaslı və cari təmir işləri başa çatdırılacaqdır. Yeni dərs ilinə hazırlıqla bağlı təhsil şöbəsi tərəfindən kompleks tədbirlər görülməli, məktəb binaları yeni dərs ilinə hazır vəziyyətə gətirilməli, məktəblər zəruri avadanlıqla təmin olunmalıdır.