adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Avqust 2016 16:45
5514
DÜNYA
A- A+

Etirazçılar nazir müavinini öldürdülər

Boliviyada etiraz edən şaxtaçılar tərəfindən qaçırılan daxili işlər nazirinin müavini Rodolfo İlyanes qətlə yetirilib.

Adalet.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, 3-cü etirazçının ölüm xəbəri gələndən sonra şaxtaçılar nazir müavininin üstünə atılıb və onu öldürüblər.=

Qeyd edək ki, bir qədər əvvəl Boliviya Daxili İşlər Nazirliyinin başçısı Karlos Romero şaxtaçıların nazir müavinini qaçırdığını və Rodolfo İlyanesin azad olunması müqabilində polis tərəfindən saxlanılan etirazçıların buraxılmasını tələb etdiklərini bildirmişdi.

Xatırladaq ki, Boliviyada kooperativlər barədə yeni qanuna etiraz edən şaxtaçıların iki həftə bundan əvvəl başlayan aksiyasını dağıtmaq üçün polis bir neçə dəfə güc tətbiq etməyə məcbur olub.