adalet.az header logo
  • Bakı 19°C
26 Avqust 2016 16:06
6527
SİYASƏT
A- A+

Binəli Yıldırım Avropa İttifaqına xəbərdarlıq etdi

Avropa İttifaqı oktyabrda Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsə, ciddi miqrasiya problemi ilə üzləşəcək.

Adalet.az "Haber Turk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziriBinəli Yıldırımbəyan edib.

O deyib ki, oktyabr ayına gözlənilən Türkiyə vətəndaşları üçün viza sisteminin ləğvi və readmissiya haqqında müqavilənin qüvvəyə minməsi mütləq həyata keçirilməlidir:

"Bu olmasa, qaçqınlar problemi Avropa üçün ən böyük problem ola bilər”.

Qeyd edək ki, martın 18-də Türkiyə-Aİ sammitində qəbul edilmiş sazişə əsasən, viza rejimi iyulun 1-dən ləğv olunmalıdır. Sazişin qüvvəyə minməsi üçün Türkiyə 72 bənddən ibarət öhdəlikləri həyata keçirməlidir. Öhdəliklərin əksəriyyətini yerinə yetirən Türkiyədən terrorizmlə bağlı müddəanın yumşaldılması tələb olunur. Türkiyə isə bunun qeyri-mümkün olduğunu hesab edir.

Avropa İttifaqı rəsmiləri isə bildirirlər ki, vizasız rejim üçün Türkiyə bütün şərtləri yerinə yetirməlidir.