adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Avqust 2016 15:46
9713
DÜNYA
A- A+

Türkiyədə üsyançı generalı öldürənə heykəl qoyuldu – FOTO

Türkiyədə iyulun 15-də dövlət çevilişinə cəhd zamanı Fətullahçı Terror Təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olan gizir Ömər Halisdemirin heykəli ucaldılıb.

Adalet.az  Report-a istinadən xəbər verir ki, abidə Mersin əyalətinin Toroslar rayonundakı Şəhidlər parkında qoyulub.

Heykəl müxalif Milliyyətçi Hərəkat Partiyasından olan Toroslar rayon bələdiyyəsinin sədri Hamit Tunanın təlimatı əsasında hazırlanıb.

İnformasiyaya görə, 13 günə tamamlanan heykəlin postamentlə birlikdə hündürlüyü 2,8 metr, abidənin öz hündürlüyü 1,8 metr, bütövlükdə kompleksin hündürlüyü 4,6 metrdir.

Abidənin açılışı avqustun 30-da olacaq.

Xəbərdə bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin giziri Ömər Halisdemir iyulun 15-də dövlət çevrilişinə cəhd edənlərdən birini, general-polkovnik Semih Terziyi öldürüb. Bundan sonra o, dövlət çevrilişinə cəhd edən FETÖ-çülər tərəfindən qətlə yetirilib.