HİTLER MƏNİM «DOSTUMDUR»

ƏBÜLFƏT MƏDƏTOĞLU
70022 | 2016-08-26 15:28


Günümüzünreallığı


Gəlin tam səmimiolaq. Necə deyərlər, kilsəyə etirafa gedən bəndə kimi. Duraq pərdənin arxasındavə bütün günahlarımızı, görməyib, ancaq səsini eşitdiyimizkeşişin qarşısında dilə gətirək. Amma ürəyimizdəəmin olaq ki, bizim etirafları keşiş yox, Allah eşidir. Onun qarşısında dizçökmüşük. Yalnız bundan sonra etirafımız da səmimi olar, diz çökməyimiz də…

Bax bu fonda, bu istəklə başlayıram içiminarahat edən bir mövzunu sizinlə bölüşməyə. Və belə dərk edirəm ki, siz mənimbu səmimi yanaşmamı, səmimi etirafımı, lap belə olanı olduğu kimi söyləməyimidoğru qəbul edəcəksiniz. Üstəlik, siz də mənə yox, Allaha etirafda bulunacaqsınız.Əgər oxucularımdan heç olmasa üçcə nəfər bu etirafı etsə, onda həm etirafımın,həm də bu yazının məhz o üç nəfər tərəfindən səmimi qəbul olunduğuna inanıbdaxilən rahat olacam. Axı, üç nəfər böyük bir qüvvədir. Səsimi duyan, səsimə səsverən üç nəfər!..

Bəli, biz eləbir zamanda yaşayırıq ki, onu olaylarsız, şousuz təsəvvür etmək mümkün deyil.Əslinə qalanda indi olaydan, şoudan uzaq olanlarheç kimin yadına düşmür. Nə qədər qeyri-adi istedad sahibləri olurlar olsunlar,fərq etmir. Ayda-ildə bir dəfə adları çəkilər, ya çəkilməz. Amma gündəminsahibi olan "olayçılar, şoumenlər qapıdan qovsaq, pəncərədən özlərini içəri təpirlər. Çünki onlar həm də «qutuların» sevimlisidi. Qutudeyəndə söhbətinteleviziyadan getdiyini yəqin ki, anladınız. Evlərimizin tam ixtiyar sahibiolan qutular isə barmaq altındakı düymənin çaldığı hər havaya bizi kökləməyə çalışır. Elə ki, əlin düyməyə toxundu… daha arxasını özünüz təsəvvüredin…

Bəli, bu,günümüzün reallığıdır. Onu mən demirəm və yaxud da deməklə nəsə bir qeyri-adiheç nə təqdim də etmirəm. Olsa-olsa bəlli olanı xatırladıram. Amma məqsədimtamam başqa bir şeydir. Konkret desəm, mən özümdən xəbərsiz Hitlerin dostuolmuşam. Və yaşadığım bu illər ərzində ağlıma da gəlməyib, xəyalımdan da keçməyibki, Hitlerlə dost ola bilərmişəm. Amma sən demə mən o dünyanı qana çalxalayan,insanların həyatı ilə oynayan birisiylə əməlli-başlı dost imişəm…

İndi düşünəcəksinizki, axı mən Hitlerin zamanında doğulmamışam. O, dünyasını tərk edəndə yanındaolmamışam. Üstəlik, o dünyasını tərk edəndə də doğulmamışam. Qeyri-müəyyən məlumatlaragörə, onun ölüm tarixi ilə mənim doğum tariximin arasında bir igidin ömrü var.Amma bu fərqə baxmayaraq biz dostolmuşuq. Özü də bir-birimizdən xəbərsiz…

Əslində butəzə xəbəri, yəni Hitlerlə dost olmağımıyaxın vaxtlarda öyrənmişəm. Özü də bir təsadüf nəticəsində. O təsadüfün də səbəbkarıyenə günümüzün reallığıdı, yəni internetdi. Sizi çox intizarda saxlamayım. Çünki intizardaqalmaq, həsrət çəkmək heç də yaxşı hal deyil. Xüsusilə səbirsiz, dözümsüz adamlar üçün. Ürəyi xəstəadamları üçün isə bu ölüm təhdididi. Ona görə də heç kimin günahına batmadan gəlirəmmətləb üstünə…

Deməli, iki günöncə feysdəki dostlarımın bir sorğusu diqqətimi çəkdi. Həmin dostum yazmışdıki, «Dostlarını tanıyırsanmı? Onların arasında özünü görürsənm? Əgər tanıyıbgörmək istəyirsənsə, onda səhifəmibəyən». Təbii ki, dostumun bu ismarıcını cavabsız saxlaya bilməzdim. Elə bir göz qırpımında səhifəni bəyəndimvə həmin dostumun dostlarının şəkilləri gəldi ekrana. Onların arasında kimləryox idi ki, tanınmışşoumenlər, estrada ulduzları, idmançılar, yazarlar və bir də Hitler. Təsəvvüredin ki, dostumun dostu olan Hitler sən demə mənim də dostum imiş. İndi deyəcəksinizki, kimlərsə özünü gizlətmək üçün müxtəlif variantlardan istifadə edir. Şəkilörtüklərini, ad gizlinliklərini qoruyur. Əgər belədirsə, tanımadığım, gerçək kimliyini bilmədiyim adamlamən necə dost olum? Və axırda da öyrənim ki, sən demə bu Hitlerdi. Özü də dünyanın ən qatı cinayətkarlarından biri. İnanın ki, həmin andan özüməgələ bilmirəm. Düşünürəm ki,birdən bu gerçək olar. Onda mən sovet-alman müharibəsində şəhid olmuşsoydaşlarımızın, ən azından öz babamın ruhu qarşısında nə cavab verərəm?

Bəli, siz mənimbu reallığı əks etdirən yazımı, daha doğrusu, fikirlərimi ironiyayla daqarşılaya bilərsiniz. Onaözünüzə məxsus bir şəkildə don da geyindirərsiniz. Amma hansı formadaolur-olsun mən bu etirafı etməliyəm. Deməliyəm ki, bundan sonra özünü,kimliyini bilmədiyim heç bir Allah bəndəsini dostluğuma qəbul etməyəcəm. Çünki mənqatillə, oğruyla, cinayətkarla, bir sözlə, mənim dünyama, ruhuma uyğun olmayanbir kimsəylə nə dost ola bilərəm, nə də yoldaş. Necə deyərlər, hərənin öz yolu,öz işi var. Mən Hitlersiz də kifayət qədər qayğının, problemin, ağrı-acının içərisindəyaşayıram. Hətta könlümün sızıldadığı anlarda üzümü ürək dostuma tutub yazıram:


Danışmağa,bölüşməyə söz yetər,

İsinməyə ocaqyetər, köz yetər…

Mənə baxsa obircə cüt göz, yetər-

Gəl aldadaqözümüzü, yaşayaq!..


Dərd bizlərə necəgəldi döşüb,

Gözlərimiz uzaq düşüb üşüyüb...

Çəmənləri, çiçəkləri düşünüb -

Gəl aldadaq gözümüzü, yaşayaq!..


Yüklənmişik sevinclə, həm ələmlə

Üz-üzəyik sevgi adlı aləmlə.

Dil taparaq kağız, həm də qələmlə -

Gəl aldadaq sözümüzü, yaşayaq!..


***

Adətən ürəyimə toxunan, məni narahat edən mövzunu ictimailəşdirəndəöncə özüm-özümə bir sual verirəm: Bunu yazmağa dəyərmi? Və yaxud bunu yazmaqlanə isə dəyişəcəkmi?

Mahiyyətcə eyni olan bu sualların cavabını bilirəm. Məncə aydındırki, ilk anda bu divara dəymiş dost hesab oluna bilər – dəyib, qayıtdı! Amma məsələyəbir, iki, beş sayda adamlar müəyyən zamandan sonra mütləq qoşulurlar, həm müsbət,həm də mənfi tərəfdən. Beləcə, mövzu ölmür, dirilir. Təbii ki, mənim də istəyimmövzunun diri qalmağıdı. Yəni o canlı olduqca diqqəti çəkəcək və müəyyənadamlar öz yanlış mövqelərindən iynə ucuboyda da olsa geri çəkiləcəklər. Bu da olacaq ictimai fikrin qələbəsi. Bax, eləbu səbəbdən mən həmişə özümə verdiyim sualın cavabını izləyirəm. Şükürlər olsunki, hələ ki, o cavablarda yanılmamışam. Bax elə Hitlerin mənə dost olduğunubilib anlayandan sonra bu yazını yazmaq qərarını verdim. İndi də bilgisayara diktəetdiyim məqamda da, sizlər bu yazını oxuyanda da ürəyimdə bir əminlik duyuram. Bilirəm ki,oxucular, təbii ki, feysdə olan oxucular mütləq dostlarının sırasına nəzəryetirəcəklər. Bu da mənə bəs edər…

O ki, qaldı bugünün mənə önəmli olan məqamlarına. O da təbii ki,insanlığın, bu insanlıqdan qaynaqlanan dəyərlərin diri, canlı olmasıdı. Əgərbir-birimizə salam verib hal-əhval tutmaq missiyasını unutmamışıqsa, deməlionda hələ hər şey bitib qurtarmayıb, hələ hər şeyin sonu gəlib çatmayıb. Hələqiyamətə xeyli yol var. O yola gedib çatmaq isəkimlərə nəsib olacaq, bu da mənə aid olmayan məsələdi. Mənə aid olan,işlək dildə desəm, mənə dəxli olan mövzu isə təbii ki, duyğulardı, hisslərdi. Mənelə o duyğuların, o hisslərin aurasında yaşayıb və düşünürəm. Sonra da düşündüyümü, yaşadığımı sözəçevirirəm. Özü də ürəyin ağrısına, sızıltısına fikir vermədən. Ona görə ki,ağrıyırsa, sızıldayırsa, deməkdöyünür, yaşayır, demək diridi. Bax elə həmin o yaşantının bir damlası da sənəünvanlanan pıçıltılardı. Sən o pıçıltıları etiraf kimi də qəbul edərsən,ruhumun səsi kimi də. Burda seçim öz ixtiyarındadı. Sən seçimini et, mən də o pıçıltıları sənə çatdırım:


Mən

bir cəhd etdim

həyatımda

ilk dəfə

özüm

özümə tərəfgetdim…

gördüm ki,

özüm tərəfdə

özümdən başqa

bir də

sən varsan!..

demək

başqa şərhə

ehtiyac yoxdur

özüm tərəfdə

olan sən

elə mənim

özümlə

yarısan,

yarsan!..

mən olan həryerdə

sən varsan!

***

Hə, nə qədər çətinvə yaxud qəliz olur-olsun bütün problemlərin çözümü var. Yəni insan varsa, problem dəvar – deyiblər. Amma onu da deyiblər ki, problemi də insan çözür. Təbii ki, istəsə,sona qədər mübarizə apararsan!..

Deməli,bu prizmadan baxanda onda məlum olur ki, problemi də elə insanın özü yaradır.Tutaq ki, verilən şərhlərə, proqnozlara görə, cari il, yəni 2016-cı il dünyanınən isti yayının təsadüf etdiyi zaman kəsiyidi. Amma bu şərhi, bu bilgini verənləronu demirlər ki, atmosferin başına gətirilən müsibətlərin səbəbkarı da insandı.Göy üzünü güllə-boran edən, ozon qatını dəlib keçən də insandı. Bax, birinformasiyanın yanına bu şərhi qoşanda, onda təbiəti qınamağa adamın üzü gəlmir.Təəssüf ki, biz insan olaraq, bəşər övladı kimi sirləri açmağa, sirləri çözməyəmaraqlıyıq. Amma açılan, çözülənsirrin doğuracağı fəsadları nəzərə almırıq. Hətta biz dostun, yoldaşın sirrini də «dilindən alıb», sonra onu özümüz də hissetmədən başqasına elə rahat şəkildə ötürürük ki, aləm bir-birinə dəyir. Axırdabir üzrxahlıqla guya günahını yuyursan. Amma bilmirsən ki, açdığın sirr kiminsəevinə bir bomba kimi düşüb, kiminsə taleyinə bir zərbə olub. Və yaxud kiminsə hörülənqalasını uçurub. Nə isə…

Məşhurfilmlərimizdən birində deyildiyi kimi, özü də çox məşhur aktyorumuz Yaşar Nurinin dilindən deyilən «gəlinqəmli məqamları yada salmayaq» və gələk mətləb üstünə. Günün gerçək üzü bizinsanlarıq. Onu necə nizamlayırıq, necə qururuq biz özümüz bilirik. Və həmin oqurduğumuz günün planı üzrə də gecənin qapısını döyürük. Kimimiz evimizdə,kimimiz qonşuda, kimimiz…

Deməli,bütün hallarda qalib də, məğlub da özümüzük. Ona görə də ən ədalətli məhkəməniöz içimizdə, özürəyimizdə qurmalıyıq. Bu, ürəklə ağılın, yəni hisslərlə fikrin məhkəməsi olmalıdır. Həmin məhkəmənin çıxardığı qərarbütün hallarda və bütün yerlərdə ədalətli və keçərlidir. Çünki ağılın və hissinnormal insanlarda əsas qanunu sevgidi. Bu, insanın insana sevgisidi, insanındünyaya və Tanrıya sevgisidi. Deməli, sevginin hökmü də, ədalətin zəfər çalmasıinamını danılmaz edir.

Bax,mən də yazımın əvvəlində söylədiyim «Hitler mənim dostumdur» fikrinin nədənqaynaqlandığını elə-belə gündəmə gətirmədim. İstədim biləsiniz ki, məni Hitleradında dostum olmayıb və olacağını da gözləmirəm. Sadəcə, bu hansısa birzarafatcıl dostumun mənimlə əylənməsi kimi yadımda qalacaq. Yəqin ki, həm dəqısa müddətli.

Mən isə öz inancıma, özinamıma görə, bir məqamı dəqiqləşdirmişəm. Yəni daxilən əminəm ki, mən də elə-beləçəkilib getməyəcəm. Mən də hardasaqalacam. Özü də mütləq qalacam. Bax, bu şeirdə dediyim kimi:


Ürəyimi çox kövrəltdim,

Ona tək sevməköyrətdim.

Bir dəli ümid göyrətdim -

Dəliliyi mənə qaldı!


Arama, yoxdu miflərim,

Sirr deyil, bəlli səhvlərim…

Olanım qələm-dəftərim -

Oxucum, o, sənə qaldı!


Olubdu səngər yardığım,

Döyüşü sona vardığım…

Canım, qanım – bu varlığım

Sevdiyim Vətənə qaldı!


Düşünməyin ki, yazını vəsiyyətlə başa çatdırdım. Yox, sadəcə olaraqiçimdən gəldi və elə içimdən gəldiyinə görə sizə də xatırladım ki, vəsiyyəti bəzənhəm də cismin rahatlığı, yüngülləşməsi kimi də qiymətləndirirlər. Amma sizözünüz baxın. Uyğun bilsəniz, öz bildiyniz kimi də qiymət verərsiniz. Amma nə badə, Hitlerlə dost olasınız!


TƏQVİM / ARXİV