adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Avqust 2016 14:01
7733
İDMAN
A- A+

“Qəbələ”nin qələbəsi hamımızın sevincidir

"Qəbələ” klubunun prezidenti Tale Heydərov və klubun baş məşqçisi Roman Qriqorçuka

"Qəbələ” komandasının iki oyunun nəticəsinə görə növbəti mərhələyə keçməsi məni ürəkdən sevindirdi. İnanıram ki, "Qəbələ”nin uğurları davamlı olacaq və bu klub özünün yeni qələbələri ilə, ona olan ümidləri doğruldacaq. Çünki komandaya olan diqqət və qayğıdan, yaradılan şəraitdən xəbərim var və düşünürəm ki, klubun bütün üzvləri, onlara olan bu münasibəti yüksək qiymətləndirib, yaşıl meydanlarda ümidlərimizi doğruldacaqlar.

Azərbaycan futbolunun tarixinə yeni uğurlu səhifələr yazacaqlar. Bir daha komandanın rəhbərliyini və bütün üzvlərini növbəti mərhələyə keçməsi münasibəti ilə təbrik edir və onlara məqsədə çatmaqlarında uğurlar diləyirəm.

Hörmətlə: Millət vəkili Aqil Abbas