adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Avqust 2016 13:59
6870
İDMAN
A- A+

“Qarabağ”, Qələbən mübarək!

Qarabağ Futbol komandasının prezidenti Tahir Gözələ və klubun baş məşqçisi Qurban Qurbanova

Son illər Azərbaycan idmanın uğurlu inkişafı hər birimizi sevindirir. Bu qazanılan qələbələrin timsalında biz, idmanımızın yeni tarixinin şahidinə çevrilirik. Elə Avropa Liqasında pley-off mərhələsinin keçirilən son oyunlarında Siz bunu bir daha təsdiq etdiniz. Bu mənada "Qarabağ” komandasının qazandığı qələbə bir daha sübut etdi ki, komandanın rəhbərliyinin və futbolçuların əzmkarlığı, mübarizliyi, futbolsevərlərin dəstəyi bizə sevinc bəxş edə bilər. Elə bir sevinc ki, biz "Qarabağ”ın bundan sonra da həm Azərbaycan futbolunu, həm də bütün "Qarabağ” sevərləri hər yeni mərhələ də önə çıxaracaq.

Çox hörmətli "Qarabağ” klubunun rəhbərliyi və oyunçuları! Siz öz qələbənizlə tarix yazdınız. Bu tarix Azərbaycan idmanın tarixdir, ölkə prezidentinin idmana göstərdiyi qayğının tarixidir.

Sizi ürəkdən təbrik edir və yeni Qələbələrinizi gözləyirəm.

Hörmətlə: Millət vəkili Aqil Abbas