Türkiyədə 20 İŞİD üzvü saxlanılıb
Türkiyənin Konya vilayətində xüsusi əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 20 üzvü saxlanılıb.
Adalet.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanların hamısı Türkiyə vətəndaşıdır.
Hazırda onların evlərində axtarış aparılır.