adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Avqust 2016 11:29
5865
DÜNYA
A- A+

İtaliya zəlzələsində 267 nəfər ölüb

İtaliyanın mərkəzində baş verənzəlzələnəticəsində ölənlərin sayı 267 nəfərə çatıb.

Adalet.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İtaliya Mülki Müdafiə Xidmətinin nümayəndəsi İmakloana Postilione açıqlama verib.

Onun sözlərinə görə, Marke, Abrutso və Latsio vilayətlərindəki xəstəxanalarda 378 nəfər müalicə alır. Ölənlərin sayı artır, xilasedicilər dağıntılar altında qalmış meyitləri çıxarmağa davam edirlər.

Qeyd edək ki, avqustun 24-ü gecəsi İtaliyanın mərkəzində 6 baş gücündəzəlzələbaş verib. Xüsusilə Latsio, Umbrii və Marke vilayətlərinə dağıntılar qeydə alınıb. Zəlzələdən ən çox xəsarət alan Amatriçe şəhəri olub. Şəhərin yarısı dağılıb.