adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Avqust 2016 22:34
3968
HADİSƏ
A- A+

Gəncədə 79 yaşlı kişini maşın vurub

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

 

Hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Şəhər sakini 1937-ci il təvəllüdlü Sədrəddin Cəfərov yolu keçmək istəyərkən "VAZ 2107” markalı avtomobillə vurulub. Sürücü xəsarət alan kişini dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.