adalet.az header logo
  • Bakı 20°C
25 Avqust 2016 21:14
4760
HADİSƏ
A- A+

Abşeronun qaz təchizatında məhdudiyyət olacaq

 Avqustun 26-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Sumqayıt”, "Yaşma” və "Giləzi” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

 

Bu barədə SOCAR-dan məlumat verilib.

 

Məlumata əssən, təmir müddətində Abşeron rayonun Yaşma bağ massivi və Tağıyev qəsəbəsinin, Siyəzən rayonun Beştam, Qara Siyəzən, Zarat və Çandahar, Xızı rayonun Şurabad, Yeni Yaşma və Sitalçay kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.