adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Avqust 2016 15:05
6677
MƏMLƏKƏT
A- A+

Əmanətçilərə 212 milyon kompensasiya ödənilib

Bu günə qədər Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 milyon manat, "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 34,1 milyon manat, "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9,9 milyon manat və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 66,7 milyon manatdan artıq kompensasiya ödənilib.

Adalet.az Fondun saytına istinadən xəbər verir ki, "Atrabank” ASC-nin qorunan əmanətçilərinə isə 1,2 milyon manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 629 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 1,8 milyon manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon, "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895,5 min, "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,5 milyon manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144,3 milyon manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 212 milyon manatdan artıq kompensasiya ödənilib.