ANA SƏHİFƏ / AVTOMOBİL

2 gündə 22 min sürücü cərimələndi

38076    |   2016-08-25 14:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustun 23-24 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb.

İdarədən verilən məlumata görə, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər davam etdirilir. Respublika ərazisində keçirilən reydlər zamanı son 2 gün ərzində 23-34 avqust tarixlərində 22 mindən çox yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 150-dən çox sürücü aşkar edilib.

Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təkcə Göygöl rayonu ərazisində son 2 gün ərzində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 38 sürücü aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının faciəvi sonluqla nəticələnməsini bir daha sürücülərin diqqətinə çatdıraraq, yol hərəkəti qaydalarına ciddi əməl etmələrini onlardan tələb edir.




İmza:
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK