Gəlmişəm yanında ağac olmağa

ƏBÜLFƏT MƏDƏTOĞLU
62908 | 2016-08-24 16:58

Adətən özümə çəkilibözümlə danışmağı daha çox sevirəm. Ümumiyyətlə,tünlükdə özümə yer tapa bilmirəm. Təklik, tənhalıq mənə daha doğmadır. Vəmən də öncə çalışmışam ki, doğma bildiklərimin, doğma olanların lap çox nazını çəkim,daha çox onların xidmətində dayanıb yanlarında olum. Bunun da bəhrəsi ürəyimin rahatlığı,sərbəst düşünməyim və bir də xəyallar dünyamın rəngarəngliyidir. Zənnimcə, dünyadabundan gözəl heç nə yoxdur…

Bəli, mən sözün içindəolduğumdan onun müəyyən parametrlərini, müəyyən ölçülərini, hətta hansı not üzərindəkökləndiyimi də az-çox bilirəm. Və bu bildiklərimə də söykənərək bəzən cəsarət edibsöz haqqında söz də deməyə çalışıram. Bu necə alınır, oxucunu təmin edir, etmirbunu deyə bilmərəm. Amma bildiyim odur ki, mən doğrudan-doğruya, içimdən gələni,ürəyimin diktə etdiyini, duyğularımın pıçıltısını ünvanına söz dediyim sözə qoşuram.Ona görə də kimsədən çəkinməyim, daldalanmağım və yaxud da gözükölgəliyim yoxdur.Kifayət qədər əminəm ki, öz sözümü demişəm və deməkdə də davam edirəm. Necə deyərlər,qalanı anlamayanların boynuna. Bax, bu mənada həyatımın ən dramatik məqamlarındasığındığım tənhalığım, təkliyim məni müəyyən qədər ovudur. Həmin ovunmanın şah damarıisə məhz o diqqətdir. Yəni bir telefon zəngi, bir ismarıc və yaxud qarşılaşandadilə gətirilən bir kəlmə söz mənim o kritik anlarımın qatılaşmış dumanını parçalayır,buludunu şimşək kimi vurub yarır. Və mən də bir yüngül nəfəs almaq imkanı qazanıram.Bax, elə həmin o yerdə, həmin o məqamda mənim Allaha etdiyim duanın, göylərə açılanəllərimin əks-sədası həm Allahın böyüklüyünü bir daha etiraf etmək, həm də o diqqətgöstərənlərin qarşısında baş əyməyimdir. Bütün bunlar bir də mənim üçün yaşam göstəricisidir.Axı, diqqət həm də insanı yaşadır. Ona görə də mən bu avqustun qora bişirən vaxtı, günəşin torpağı qovurduğu bir məqamdabelə özümü göyərən, tumurcuqlayan ağacla müqayisə edirəm. Çünki o ağacın dibinəbir ovuc suyu həmin o diqqət göstərənlər töküblər, onlar suvarıblar bu ağacı - yaşasındeyə, göyərsin deyə!

Həyatda elə anlarolur ki, özünün kimliyini müəyyənləşdirmək sualı ilə üz-üzə qalırsan. Düşünürsənki, bu kimlik ümumiyyətlə kimlərəsə gərəkdirmi? Və yaxud da bu kimliyin yaşamı kimlərəsəproblem yaratmır kı? Bu iki sual əslində elə bir məntiqə söykənir, o məntiq də insanıntəkcə öz çevrəsində deyil, həm də cəmiyyətdə yerinin olub-olmamasından qaynaqlanır.Çox təəssüf ki, bəzən çevrəsində, hətta evinin içində yeri olmayanlar bəzən cəmiyyətdəyer sahibi olurlar və yaxud da əksinə. Bəzəndə onların heç biri olmur. Məhz həmin o anda da insanın bu dünyaya yük olduğu ortayaçıxır. Zənnimcə, elə insanın faciəsi də onda başlayır. Axı, ətrafdakılara və dünyanınözünə yük olmaq diri ikən ölü olmağın göstəricisidir...

Deyəsən bir az uzaqdanbaşladım. Ammabu da səbəbsiz deyil. Mən yaşadıqlarımın anban söz sırasını göz önünə gətirəndəelə durumları xatırlayıram ki, onlar məni həqiqətən ağrıdır. Amma şükürlər etməyədə yer var. Elə o şükürlər məni ayaqda saxlayır. Çünki ölkə hüdudlarından üzü geriqayıdıb vətən sərhəddini keçəndə adam o qədər rahat olur ki, hətta cibdən"üzüqara" çıxan ələ görə də sıxılmırsan. Bilirsən ki, öz ünvanındasan,lap təhnəsini boş qoyub getdiyin evindəsən, dörd divarının arasındasan. Ona görə də toxtaqsan.Axı səni bu özülsüz, lakin özünə aid olan divarlar qardan, yağışdan, istidən, soyuqdanqoruyacaq ki, sən ayağa dura biləsən. Bax, mən də belə durumların mənəvi zərbələrinicanımdan, qanımdan keçirdiyim anlarda əlimdən tutan, hayıma çatan söz olubdu. Osöz ki, onlar həqiqətən mənə "bərk dayan!" deyibdi. Bax, elə bu misralarkimi:


Narahat ömrümə sığmayan ruha,

Qəribyolçu kimi məkan gəzirəm.

Mənəqoşulmağın, bəlkə, gərəksiz,

Möcüzəaxtaran səyyaham, vallah,

Özüməqoşmağa insan gəzirəm.


Həyatelə bax budur. Mən də bu həyatın içində olduğumdanözümə qoşduğum, həm də elə özümün də qoşulduğum insan(+ların) mənə nə qədər əzizolduğunu dediyim həmin narahat və düşündürücü məqamlarda daha dərindən, daha köklü-köməclianlayıram. Görürəm ki, məhz qoşulduğum və qoşduğum insanlar məni ayaqda saxlayır.Yəqin ki, mənim də onlara ayaqda qalmaq üçün bir iynə ucu boyda da olsa gərəkliyimvar. Mən onu xidmət saymıram. O, Allahın boyuma biçdiyi missiyadı.

Sözadamının içində sözünün ifadəçisi olur. Yəni sənin düşündüklərini, sənin sözə çevirməkistədiklərini bir də görürsən ki, kimsə artıq içində sənə söyləyir və sən də içindəngələn o səsi, yəni əslində sözü əlinə götürdüyün qələmlə vərəqlərə köçürürsən. Vəbir də baxıb görürsən ki, əməlli-başlı bir iş görmüsən. Elə bir iş ki, onun yaratdığıaura sənə rahatlıq verib. Özü də təkcə sənə yox, həm də o vərəqi oxuyanlara. Bax,bu mənada mən yenə qayıdıram sözün yanına. Özü də o sözün ki, onun mayası, şah damarı diqqətdir. Xüsusilə qürbətdə olandabu diqqət adamın ürəyini də, ruhunu da çox səksəndirir, çox sevindirir, unudulmadığınısənə xatırladır. Mən hardasa oxumuşam ki, insan təkcə əzizlənəndə, cəzalandırılandadeyil, həm də adı hardasa yada düşəndə də ruhən səksənir, ruhən yaşadığın hiss edir.Yəni özü də bunu hansı ilahi gücün vasitəsilə qəbul edir. Lakin onu ifadə etmək, təqdimatını ortaya çıxarmaq mümkün deyil. Sadəcə, ən yaxşı halda deyirlərki, "qulağım cingildəyir, kimsə sözümü danışır".

Bəli,mən bu yerdə qulağı cingildəyən adamlara da həsəd aparıram. Axı onların yaşadığıxatırlanır və məhz onda məni xatırlayanlara, məni xatırladanlara demək istəyirəm ki:


Durmusanəllinin astanasında,

Hələqarşımızda bir ömür də var.

İlləriəl-ələ verib gəlmişik,

Əliniəlimdən çəkmə nə olar!


Nəyaşayırıq və necə yaşayırıq bu sualları müzakirəyə çıxarmıram. Çünki nə və necəyaşamaq həm Allahın yazısıdı, həm də insanın özünün qazancı. Necə deyərlər, hərəkətəbərəkət arzulanıbdı. Mən bütün yaşadıqlarımın bərəkətli məqamlarına şükür edərəkbir gerçəyi də dilə gətirmək istəyirəm.

Oda ummadığım, haqq etmədiyim, bəlkə də heç təsəvvürümə də gətirmədiyim məqamda,yerdə gördüyüm diqqət, hiss etdiyim qayğıdır. İnanın ki, bu gözlənilməz, amma sondərəcə şirin, son dərəcə dəyəri ölçüyə gəlməyənyanaşma, münasibət mənim üçün sabaha açılan ümid qapısı olubdur. Mən o qapıdan məhzhəmin o gözləmədiyim, ummadığım diqqətin, qayğının əlindən, ətəyindən tutub keçmişəm.Elə ürəyimi götürüb getdiyim və bütün sıxıntılarını bu gün də özümlə gəzdirdiyimürəyimin mənə verdiyi də budur. Mən bu ürəyin ona görə qulluğunda dayanmışam ki,o, sözlə nəfəs alır, sevgiylə döyünür. Bu sözün də, sevginin də ən böyük qayğıkeşisöz adamlarıdı. Həmin söz adamlarının sözlərinin cərgəsində yer tutmaq cəhdim alınıb-alınmayıbonu deyə bilmərəm, amma bildiym odur ki:


Gəlmişəmyanında sirdaş olmağa,

Dayanaqəl-ələ, budaq-budağa.

İçimigöynətdi çəkdiyim dərdlər,

Gəlmişəmyanında ağac olmağa.


Hə,bu yazını ona görə yazdım ki, mənə diqqətayıranların qarşısında baş əydiyimi mən də diqqətə çatdırım. Və bir də ona görəyazdım ki, məhz harda olmağımdan asılı olmayaraq, məni öz diqqətləri ilə yaşadanlaraTanrı dualarını ürəyimdə həmişə pıçıldadığımı onlara eşitdirim və üstəlik onu davurğulayım ki, böyük Allahımın bəndələrə ən böyük lütfü onların həyatda seçdikləriyarılarının həmişə yanlarında olması, həmişə əl-ələ tutub ömür yolunu qoşa addımlamasıən böyük mükafat olsun. Və mən də onların yanında göyərən bir ağac olum.

P.S.Yazıdakı şeirlərin müəllifi dəyərli Sona xanım Vəliyevadır.


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV