adalet.az header logo
  • Bakı 17°C
24 Avqust 2016 15:45
6036
HADİSƏ
A- A+

Bakıda 70-ə yaxın şəxsi gün vurub

Bakıda yay mövsümü başlayandan indiyə qədər günvurma ilə əlaqədar 69 nəfər müraciət edib.

Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.

Baş həkimin sözlərinə görə, onlardan 26 nəfəri xəstəxanaya göndərilib. Günvuran şəxslərin 13-ü uşaq olub. Onların 7-si xəstəxanaya yerləşdirilib. Bu il günvurmadan ölüm halı qeydə alınmayıb.

R.Nağıyev qeyd edib ki, stansiyaya gün ərzində təxminən 1800-2000-ə yaxın çağırış daxil olur. Onun sözlərinə görə, son günlərdə müşahidə edilən isti hava şəraiti çağırışların sayının artmasına səbəb olmayıb.