adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Avqust 2016 15:43
6358
DÜNYA
A- A+

İtaliyada zəlzələ qurbanlarının nsayı 63-ə çatdı - YENİLƏNİB

İtaliyada güclü zəlzələ başa verib.

Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeraltı təkanlar əsasən İtaliyanın mərkəzi hissəsində baş verib. Zəlzələnin maqnitudasının 6,3 bal olduğu bildirilir.

Zəlzələ Terni və Amatriç şəhərlərində bir sıra dağıntılara səbəb olub. Terni şəhərində ən azı 6 nəfərin öldüyü qeyd olunur. Amatriç şəhərinin meri Sercio Pirotstinin sözlərinə görə, insanlar dağıntılar altında qalıblar.

Akkumoli şəhərinin meri şəhərdə 4 nəfərin öldüyünü bildirib. Lakin hakimiyyət hələ ki 2 nəfərin öldüyünü təsdiqləyib.


İtaliyada baş verən zəlzələ nəticəsində 37 nəfər ölüb, ən az 150 nəfər itkin düşüb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Rieti şəhərinin Akkumoli bölgəsində 6.2 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində aralarında uşaqların da olduğu 37 nəfər ölüb, ən azı 150 nəfər isə itkin düşüb. Dağıntılar altında çox sayda insanın qaldığı bildirilir.

Ölü sayının artacağı qeyd edilib.

Bölgədəki axtarış xilas etmə işlərinə İtaliya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və ordusu cəlb edilib.