adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Avqust 2016 12:53
7623
İDMAN
A- A+

Xəyal Əhmədov: “18 medal böyük göstəricidir”

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, qazandığı medalların sayına görə, "Rio-2016”da təmsil olunmuş 207 ölkə və medal qazanmış 87 ölkə arasında 14/15-ci, o cümlədən, Avropa dövlətləri arasında yeddinci, İslam dövlətləri arasında birinci, postsovet məkanında isə ikinci olmuşdu. İştirakçı ölkələr arasında, əhalisinin hər milyon nəfərinə düşən medal sayına görə Azərbaycan 8-ci, Oyunlara qatılmış idmançılarının hər 10 nəfərinə düşən medal faizinə görə 1-ci, medalın keyfiyyəti baxımından ümumi siyahıda 39-cu o cümlədən, Avropa dövlətləri sırasında 21-ci, İslam dövlətləri sırasında isə 4-cü oldu. Artıq, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və qəbul olunur. Bu sözləri tanınmış peşəkar idmançı Xəyal Əhmədov söylədi. "Rioda nəticələrimiz Azərbaycan idmanı adına böyük qələbədir. 18 medal böyük göstəricidir. Dövlətimiz tərəfindən yaradılan şərait öz müsbət nəticəsini göstərdi. Cənab prezident idmanın inkişafı üçün gənclərə hərtərəfli imkan və şərait yaradıb. Bu işdə əziyyət olan bütüm şəxsləri və idmançılarımızı ürəkdən təbrik edirəm. Onların hər biri Azərbaycan gəncliyinə örnəkdir.” X.Əhmədov qarşıda beynəlxalq yarışlara ciddi hazırlaşdığını bildirdi: "Hələ danışıqlar gedir. Ola bilər ki,oktyabr ayında Avropa dövlətlərinin birində döyüşə çıxım. Yarışa ciddi şəkildə hazırlaşıram.”