adalet.az header logo
  • Bakı 7°C
24 Avqust 2016 12:56
22837
DÜNYA
A- A+

Zəlzələ İtaliyanı bu hala saldı - FOTOLAR

Xəbər verdiyimiz kimi İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla 01.36-da qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.

Güclü zəlzələ nəticəsində Amatriçe şəhərinin yarısı dağılıb, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir. Dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.