adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Avqust 2016 11:55
7521
MƏMLƏKƏT
A- A+

Mübariz Qurbanlı Qazaxda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, Komitənin sədri Mübariz Qurbanlı avqustun 31-də Qazax rayonunda Ağstafa, Tovuz və Qazax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Qazax şəhər Ədəbiyyat Muzeyində (ünvan: Heydər Əliyev prospekti 98A) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etməlidirlər