adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Avqust 2016 09:39
6351
MƏMLƏKƏT
A- A+

Düşmən bekar dayanmayıb

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, işğal altında olan Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.