Türk ordusu iki kəndi İŞİD-dən azad etdi - VİDEO - YENİLƏNİB
Suriyanın Keklicə kəndindən sonra Türkiyə ordusu İŞİD-in əlində olan Kıvırcık kəndini də terrorçulardan azad edib.
Əməliyyatlarda Azad Suriya Ordusu da iştirak edib.
Artıq qoşunlarını bu kəndlərə yerləşdirən Azad Suriya Ordusu Cerablusun mərkəzinə irəliləmək üçün kəndin ətrafında təhlükəsizliyini möhkəmləndirir.
Bu arada Suriya Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Ordusunun "Fırat Kalkanı” əməliyyatı adı altında Suriyaya daxil olmasını pisləyən bəyanat yayıb. Bildirilir ki, Türkiyə tanklarının Suriyaya daxil olması bu ölkənin suverenliyinin pozulması deməkdir və Suriya bunu sərt şəkildə qınayır.
XİN Türkiyənin Suriyaya qarşı təcavüzünün qarşısını alması üçün BMT-nin tədbir görməsini tələb edib.
**
Türkiyə ordusu Suriyanın bir qəsəbəsini terrorçulardan azad edib.
Türkiyə ordusu və koalisiya qüvvələrinin birlikdə keçirdikləri əməliyyat nəticəsində Suriyanın Keklice qəsəbəsi İŞİD-dən təmizlənib.
**
Türkiyə Silahlı Qüvvələrinin artilleriya və aviasiyasının Suriyada əməliyyatları davam edir.
Türkiyə ərazisindən açılan top atəşləri ilə isə Cerablusdakı 70 hədəf dağıdılıb. Daha 12 hədəf isə F-16 təyyarələri tərəfindən vurulub.
Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Hulusi Akar və digər komandirlər hərbi qərargah mərkəzində əməliyyatı izləyiblər.
Türkiyə ordusunun Cerablusun İŞİD-dən təmizlənməsi istiqamətində apardığı əməliyyatın kod adı `Fırat kalkanı`dır.( azvision)
Digər Xəbərlər
18 Mart 2024 17:57
Türkiyədə fabrikdə partlayış - Ölənlər var
18 Mart 2024 17:25NATO baş katibi Yens Stoltenberq Gürcüstanın baş naziri ilə görüşüb
18 Mart 2024 17:21Qəzzada HAMAS-ın təhlükəsizlik departamentinin rəhbəri öldürülüb
18 Mart 2024 16:48Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
18 Mart 2024 16:38