adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Avqust 2016 16:50
9903
GÜNDƏM
A- A+

ANS TV-nin saytı açıldı? - AÇIQLAMA

Bu gün bəzi mətbuat orqanlarında "ANS TV-nin saytı yenidən açıldı" başlığı ilə xəbərlər yayılıb.

Adalet.az bildirir ki, məsələ ilə bağlılent.az-a açıqlama verən ANS TV-nin əməkdaşı Eldəniz Elgün deyib ki, ANS TV-nin "anstv.ws" saytı rəsmi olaraq bağlanmamışdı:

"Sadəcə ANS TV və ANS ÇM radiosu bağlandığı üçün biz də saytın fəaliyyətini təhlükəsizlik baxımından müvəqqəti dayandırılması qərarına gəlmişdik. Həm də saytın bəzi texniki problemləri var idi. İndi sayt işləmir, sadəcə, görüntü olaraq mövcuddur. Sayt o zaman işlək olar ki, yeni xəbərlər yerləşdirilsin".