adalet.az header logo
  • Bakı 19°C
23 Avqust 2016 15:30
7289
MƏDƏNİYYƏT
A- A+

Azərbaycana daha 30 min turistin gələcəyi gözlənilir

Yay tətili ərzində və Qurban bayramı dövründə Fars körfəzi ölkələrindən Azərbaycana 30 min turistin gələcəyi gözlənilir.

Adalet.az Report-a istinadən xəbər verir ki, bu barədə "Arabian Gazette” nəşrinə açıqlamasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin BƏƏ-dəki nümayəndəsiRaşil əl-Nuribildirib.

O, Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayında artım olmasının Prezidentİlham Əliyevinbu regiondan gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı strateji qərarının nəticəsi olduğunu qeyd edib.

"Bu qərar qəbul edilən zaman Azərbaycanın ərəb turistlər üçün populyar turistik istiqamətlərdən biri olacağını bilirdim. Qarşımıza ərəb ölkələrinin vətəndaşları üçün Azərbaycanın gözəl istiqamət olmasını təşviq etmək vəzifəsi qoyulmuşdu.

Bu işlə məmnuniyyətlə və Azərbaycan rəhbərliyinin dəstəyi ilə məşğul olduq və görürük ki, istəyimizə nail ola bilmişik”, - deyə o bildirib.