adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Avqust 2016 15:15
51712
TEXNOLOGİYA
A- A+

Ən çox qazanan smartfon istehsalçılarının adları açıqlandı

"Cannaccord Genuity” şirkətitədqiqatın nəticələrini nəşr edib.Nəticələrə görə, "Apple” və "Samsung” – smartfonların satışındandaha çox gəlir əldə edən istehsalçılardır.

Adalet.az xəbər verir ki, bu barədə "TheNextWeb” məlumat yayıb.

Mütəxəssislərin hesablamalarına görə, "Apple” smartfon bölməsindən 38% gəlir əldə edir. "Samsung”un gəliri isə 17%-dən ibarətdir. Reytində 3-cü yeri Çinin "TCL” istehsalçısı tutub, onun bu sahədəki gəliri 2%-dən ibarətdir.

Hesabatda adıçəkilən digər şirkətlər 2016-cı ilin ikinci rübündə smartfon istehsalı və satışından yalnız pul itiriblər. Antireytinqin lideri 22% zərərlə "Microsoft” və "HTC” olub.

Daha sonra reytinqdə 10 və 5% zərər ilə "Lenovo” və "LG” gəlir. "Blackberry” şirkəti istehsal və satışda 3%, "Sony” isə ziyanı sıfıra bərabərləşdirməyə müvəffəq olub.