adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Avqust 2016 13:49
12617
KRİMİNAL
A- A+

Lənkəranskinin adamını Rusiyadan deportasiya etdilər

Məşhur azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski” İstanbulda güllələnəndən sonra onun mafiyasının üzvü olan "vor zakon”u Moskvadan məcburi deportasiya ediblər.

"Çia” ləqəbli Laşa Bereteli Gürcüstana deportasiya edilib.

Maraqlı məqam bundan ibarətdir ki, Gürcüstanda "vor zakon” adı daşımağa görə böyük həbs müddəti nəzərdə tutulduğu halda "Çia”nın həbsi, yaxud ona qarşı ittihamın irəli sürülməsi haqda məlumat yoxdur. Məlumata görə "Çia” Gürcüstanda dayanmayacaq və Rövşənin öldürüldüyü yerə - İstanbula gedəcək.

Qeyd edək ki, bu yaxınlarda "Çia”nın başına qeyri-adi əhvalat gəlmişdi. Sankt-Peterburqda onun dostu, kriminal aləmdə "Zura Kaxetinets” ləqəbi ilə tanınan Serqo Tsotsxalaşvili saxlanılıb. "Çia” isə bunu eşidərək polis bölməsinə gedib. Lakin onu polis bölməsində tanıyıblar və həbs edərək İstintaq İdarəsinə təhvil veriblər. Dostunu isə buraxıblar.