adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Avqust 2016 09:58
9853
MARAQLI
A- A+

Gecə işi beyin hüceyrələrini məhv edir

Gecə növbəsində işləyən insanlar adətən əmindirlər ki, qeyri-iş günlərindəki istirahət onların xilas yoludur.

Adalet.az musavat.com-a istinadən bildirir ki, ancaq bu, belə deyil. ABŞ-ın Pensilvaniya Universitetinin alimləri müəyyən edib ki, bir həftə ərzindəki yuxu çatışmazlığı beş beyin hüceyrələrinin ölümünə səbəb olur.

Təhqiqatlar göstərib ki, yuxu pozuntusu intellektə və sayıqlığı saxlamağa cavabdeh olan neyronların zədələnməsinə və məhvinə səbəb olur. Əgər əvvəllər belə rəy vardısa ki, yuxusuz gecədən sonra bərpa olunmaq problem deyil, indi aydın olur ki, diqqət və başqa parametrlər bərpa üçün üç gün tələb edir.

Alimlər bunun ardınca gecə növbəsində işin Alsheymer və Parkinson xəstəliyi ilə əlaqəsinin olub-olmamasını araşdıracaqlar