adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Avqust 2016 20:45
6960
GÜNDƏM
A- A+

Prezident Qax rayonunda yol tikintisinə 2 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Adalet.az-ın məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb