Qoy məni Hollivuda dəvət eləsinlər...

11747 | 2016-08-22 15:22

İnsanınözünün özünə yüksək qiymət verməsi çox vacibdi. Kimliyindən asılı olmadan əgər,kobud desək, özünü baha satacaqsansa, ətraf da o qiymətin üzərindən səni dəyərləndirəcək.Adətən, bu sıravi insanlarda həmişə alınmır, ya da iradəsi çatmır. Çünki tez-tezbu sualı eşidir: "Kimsən e,axı sən?” Vəssalam, özgüvəni yerdən süpür!

Deyəkki, peşəkar işçisən, savadlı, poliqlotsan, yeni iş axtarışındasan. Onda təklifedilən hər işlə niyə  razılaşırsan? Mütləqyaxşı ofis və münasib maaş tələb et, əgər bunu etməsən, peşəkarlığına bir quş! Məsələn,Qərb insanına məktəbdə ilk öyrədilən savad deyil, özgüvəndir. Heç görmüsüzmüamerikalı və ya avropalı bulunduğu yerdə utana-sıxıla danışsın, gözlərinidöysün, vəzifəli adamın yanında ikiqat olsun. Əsla! Yüksək səslə danışacaqlar,istədikləri kimi davranıb, oturub-duracaqlar, müdirlə dost münasibəti qurmağaçalışacaqlar və s. Onlara "sən hamıdan güclüsən, yaraşıqlısan, savadlısan” vəya "sən bacaraqsan” deyə illərlə təlqini tərbiyə verirlər.  Bu o demək deyil ki, onlar böyüklərə hörmətetmir, vəzifəli adamdan çəkinmir, sadəcə gözüqıpıq deyillər. Bizi uşaqlıqdan, "nəversələr qane ol”, "buna da şükür”, "soğan olsun, nağd olsun” kimi aldadıcı, təsəllivericiifadələrlə ovudurlar. Əlbəttə, verilənə qane olub, şükür etmək lazımdı, əmma...davamını da istə, ya da elə əvvəldən şərti şumda kəsib tələb elə!   

Heçyadımdan çıxmaz, bir beynəlxalq informasiya agentliyində işləyirdim. İş şəraitistandartlara uyğun olmasa da, normal idi, ən azından ayaqyoluya siçovullarlabirlikdə getmirdik, ayrıca mətbəximiz də vardı. Amma agentliyin nüfuzu sərhədaşmasına baxmayaraq, özü köhnə inzibati binada yerləşirdi. Bizə reklam agenti vəzifəsinəuzun illər Rusiyada yaşamış, yəhudi bir xanım gəldi. Mən əminəm ki, istənilən azərbaycanlıqız o xarici görünüşdə olsaydı, intihar edərdi, ən optimisti ömür boyu qızqalacağı dərdi ilə yaşayardı. Amma bu xanım, maşallah Apollona "bağışla, tipimdeyilsən,  haydı, piştaxtanın qabağınıtutma” deyirdi. Səfeh kişilərə də belə lazımdı axı... Bütün günü həmin xanımıneyiblərindən siyahı tuturdular, amma o işə gələndə özlərini səliqəyə salırdılarki, birdən bizi də bəyənməz.

Hələ buharasıdı? Cəmi bir həftə bizimlə işlədi. Bildiyi yeganə dil rusca olmasına, biriş görmək üçün beş-on qızın beynini xarab eləməsinə baxmayaraq, deyirdi ki, mənpeşəkaram. Mənim kimi müasir, müstəqil, cazibəli, işgüzar xanıma belə yerdə işləməkyaraşmaz. Fikirləşdik ki deyir də... İşsiz qalar ağlı başına gələr, buraonunçün Rusiya deyil e... Biz sonradan yaranan müsəlman ağlımızda olaq, dördaydan sonra xəbər gəlsin ki, qız ölkənin ən tanınmış şirkətlərin birində vəzifəyəgedib... İndi yan-tökül sümüyünə qədər, qoy tüstün üzərliyə fors göstərsin ki,hansımız daha yaxşı tüstülənirik?!  

Bilirəm,demək asandı, aylarla işsiz qalandan sonra nə iş versələr razı oluruq ki, acqalmayaq, onun-bunun qapısına düşməyək. Elə məsələ də bundadı da... qərbli, ənazından başqa dinli lap bir il işsiz gəzər, evində dəyərli əşyasını satıbdolanar, amma ta ki, tələb etdiyi iş olmayana qədər boyun əyməz. Ona görə dəonların sahibkarları işçinin ayağına gedir.

Bizsə, hərişdə ayağa gedənik, razılaşanıq. Lap elə götürək turizm sektorunu... Hansıbirimiz getdiyimiz 4 ulduzlu oteldə səhər durub xadimə tələb etmişik? Özyerimizi özümüz yığmışıq. Və ya içəri girərkən, yataq örtüklərini bəyənməyib dəyişdirtmişik?"Olsun, eybi yox, bundan ötrü qanqaraçılıq salmayaq, iki günlük istirahətidavayla keçirməyək”... Uzağa getməyin, qonşu Rusiyada hətta 2 ulduzlu oteldə tələbolunan standart olmasa, müştərinin pulu geri almağa haqqı var! Gözəlliksalonuna gedirik: salon sahibi ən ucuz avadanlıqlarla içərini döşəyib,ayaqyolusu natəmiz, amma bir saç düzümünə dünyanın pulunu alır, eləcə dərestoranlar, dilimizlə deyirik ki, "qardaş stolun üstünü silərdiz də”... Qardaşda elə bil, sifətindən ştanq asıb, bütün üz cizgiləri aşağıya millənib.

Qərəz,özümüzə qiymət verə bilmirik. Bəhanə tapmağa pərgarıq, amma bu dəfə də etirafedək də... Öz aləmimizdə zərxara geyinmiş padşahıq, qırağa çıxanda nökər!  

Niyə həftəninilk günü vazkeçilməz, analoqu olmayan ümummilli cəhətimizdən danışdım? Oxuduğumbir xəbər məni dingildətdi. Deməli məşhur Hollivud aktrisası var – LindsiLoxan, kürən, çilli qızdı. Allah tərəfi, şəkillərdə gözəldi, ammaqızı makiyajsız halda bələkdəki uşağa göstər, Kvazimodo olsun! Gör necədisə,yuxudan duran kimi pırtlaşıq saçla, ərinin ya da qardaşının 2 ölçü böyük cinsşalvarı ilə işə gedən, küçəyə çıxan amerikalı qadınlar da, onun real görüntülərindəndiksinirlər. Üstəlik həftənin 5 günü paparazzilərə sərxoş halda, haça-paçayaxalanır. Son vaxtlar elə bu əməlləri üzündən film təklifi də almır. Amma sənqızın özgüvəninə bax! Rusiyaya verilişə dəvət ediblər, görün nə şərtlər irəlisürüb: 500 min dollar, özəl reaktiv (jet) təyyarə, təyyarənin içindəcə şəxsiqulluqçular, vizajistlər, stilistlər, ən brend markalardan bir qarderob geyimlər,Ritlz-Çarlton otelinin kral dairəsi, şəxsi ən son model avtomobil, yaraşıqlısürücü... Nə var, nə var «Пусть говорят» "( "Qoy danışsınlar”) verilişinə qonaq olacaq, ordakeçmiş rus sevgilisindən niyə ayrıldığını danışacaq. Bu qarabaxət rus kişi əyyaş,söyüşcül rus arvadın əlindən Amerikaya qaçdı, orda da "alkaş”a rast gəldi. Hə, əsastələb qaldı axı... Kürən aktrisa bütün bunlardan sonra yalnız bir şərtləRusiyaya dəqiq gələcəyini deyib: o da bütün dünyanın kürkünə birə salan çar –Rusiya prezidenti Vladimir Putin onu qəbul edərsə!..

Noldu,tüstülənmə başladı? Başlasın, kabab qoxusu biz azərbaycanlılara ləzzət eləyir.Onsuz da özümüz özümüzü didişdirib yeyirik. Amma belə olmaz e... Qoy məniHollivuda dəvət eləsinlər... görün nələr tələb eləyəcəm?!


Şəfiqə ŞƏFA


TƏQVİM / ARXİV