adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Avqust 2016 14:49
8078
SAĞLAMLIQ
A- A+

Girdiman çayının suyu yaşıl rəngə boyanıb

Zəhərli toksik maddələrin axıdıldığı Girdiman çayının suyu artıq insanların sağlamlığına da ciddi ziyan vurur.

İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyunda təhlükəli vəziyyət yaranıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, artıq 10 gündür ki, Girdiman çayının suyu naməlum səbəbdən yaşıl rəngə boyanıb.

Çaya çirkli maddələrin axıdılması səbəbindən suyun rəngi və dadı dəyişib, sudan qeyri-adi qoxu gəlir.

Hətta çayın içərisindəki daşlar da yaşıl rəngə boyanıb. Bu təhlükəli vəziyyət çayın suyundan istifadə edən İsmayıllının Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsunun Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli, Mustafalı kəndlərinin və Ağsu şəhərinin sakinlərinin narahatlığına səbəb olub.

Rayon ərazisində zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri tərəfindən qanunsuz olaraq bu çaya çamaşırxana və kanalizasiya tullantıları axıdılır.

Zəhərli toksik maddələrin axıdıldığı Girdiman çayının suyu artıq insanların sağlamlığına da ciddi ziyan vurur. Son günlər Gəraybəyli kəndində 15-ə yaxın adam mədə-bağırsağında yaranan problemlə, işləmə-qusma əlamətləri və dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edib. Çayın suyu qəflətən çirklənəndən sonra insanların səhhətində problemlər yaranıb.