Radik İsayev Olimpiadanın finalında - YENİLƏNİR
Radik bu mərhələdə də Britaniyalı rəqibini 3-1 hesabı ilə məğlub edərək finala yüksəlib. Burada onu Nigeriya təmsilçisi gözləyir.
***
İsayev bu mərhələdə də rəqibini məğlub edib - 12-8
***
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulacaq.
Adalet.az-ın məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində son olaraq Radik İsayev dayanq üzərinə çıxıb.
+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.
Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə gücünü yoxlayacaq. Görüş 23:45-də start götürəcək.
Qeyd edək ki, çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.