VAHİDİN MƏCLİSİNDƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
52144 | 2016-08-19 16:30

O məclisi çoxdan gözləyirdim.Daha doğrusu, o gün üçün özümü çoxdan hazırlamışdım. İlk müjdəni alanda gözlərimdolmuşdu. Xəyalım uzaqları gəzib dolanmışdı. İllah da ki, Füzulini, Qarabağı,Tuğu, Aşağı Seyidəhmədlini… Bu coğrafiya xəyalımın dinclik tapmadığı, gözünüqırpmadığı bir ərazidi. Bu coğrafiyada o qədər xatirələrim var ki, kitablarasığmaz, dəftərlərə sığışmaz. Mən bütün bunların hamısını bir qəhrəmandatanımışam. O qəhrəman da Vahid Əlifoğlu olub. Hər sözümüz, hər söhbətimizyazı-pozu, ailə-uşaq, bir də təbii ki, sabahkı günümüz olub. Amma inanın ki, ovaxtlar ürəyimdən keçən bir sözü Vahidin yanında deyə bilməmişdim. Lakin indideyirəm. Ona görə indi deyirəm ki, zaman məsafəsi hiss edirəm ki, biziyavaş-yavaş yaxınlaşdırır… Yolumuzun kəsişmə məntəqəsi görünmək üzrədi. Oragedib çatana kimi o vaxt deyə bilmədiyimi indi söyləyirəm. Əgər Vahidin ruhu budediyimdən inciyib əsəbləşəcəksə, onda görüşümüzə qədər yəqin ki, bir az o hirsötüb keçər, bir az yumuşalar. Bax, bu inamla, bu istəklə demək istəyirəm ki,Vahidlə hər görüşümün sonunda istəyirdim deyəm ki, sabah açılmasın, elə bugününiçində qalaq. Görüşümüz elə bugünün içərisində davam eləsin. Lakin deyəbilmirdim. Axı sabaha daha başqa planlar, proqramlar var idi. Mən "açılmasabah", desəydim, onda o, sabahkı istəklərimizə qarşı çıxmış olurdum. Bax,bu da mənim susmağa vadar edirdi…

Bu yazımın bir məqamındasabahın açılmamasını niyə istədiyimi söylədim. Və bunun ardınca məhz barəsindəyazmağa başladığım məclisin özündə də həmin o istək içimdən gəlib keçdi. Çünkiməclisdəkilərin hamısının dilində, ürəyində Vahid var idi. O məclisin xeyir-duaverəni, o məclisə nəzarət edən, o məclisi istiqamətləndirən də Vahid idi. SöhbətVahidin qızının toy məclisindən gedir. Və bu məclisdə səslənən şeirlərin böyük əksəriyyətidə Vahidin idi. Mən bütün məclisin şəklini gözlərimə çəkirdim. Musiqisini, səslənənfikirləri yaddaşıma yazırdım. Bax, belə bir anda Vahidin dostları arasında özəlyeri olan, Qarabağda hər kəsin tanıyıb sevdiyi el şairi Ələddin Qəmbəri gördüm…

Düzünü deyəcəm. Mən ƏləddinQəmbəri daha çox sözündən tanımışam. Bir elin-obanın adamı olmağımızabaxmayaraq, onunla cəmi bir neçə dəfə məclis-mərəkədə qarşılaşmışam. Amma sözləriniçox sevmişəm. Üstəlik onu mənə Vahid də çox sevdirib. Adıma göndərdiyi məktublarda,yazılarda o həmişə vurğulayıb ki,oturmuşam Dördyolda, qarşımda yekə bir çaynik çay, stolun üstündə siqaret,gözümü zilləmişəm Ələddin Qəmbərin gələcəyi yola. İndi gələcək, başlayacağıq söhbətə.Əvvəl-əvvəl də səndən danışacağıq.

Bax, belə yazırdı Vahidhəmişə. Bilirsiniz, bu cür təqdimatlar içdən gələndə özündən asılı olmadan səndə o təqdim edilənlərlə qaynayıb qarışırsan. Təbii ki, mən də şeirlərini çoxsevdiyim, Qarabağdan olan xanəndələrin, müğənnilərin, xüsusilə Manaf Ağayevinsöz çələngini nəğməyə çevirdiyi Ələddin Qəmbərin dilində, yanında olmağı özüməşərəf saymışam. Ona görə də öz növbəmdə Vahidlə hər telefon söhbətimdə Ələddinisoruşmuşam, ona salamlarımı, sayqılarımı göndərmişəm. Və…

Toy məclisində Vahidin əksərdostları iştirak edirdi. Mən bir-bir onların gözlərinin içinə baxırdım. O gözlərinhamısında sevinc qarışıq bir nisgil var idi. Təbii ki, bu nisgil Vahidinqızının məclisində Vahidin olmamasından irəli gəlirdi. Bu başa düşüləndi və buhəm də sevinclə kədərin doğmalığıdı. Amma Ələddin Qəmbərin gözlərindəki kədər həmdə danışırdı. Mən diqqət yetirdikcə görürdüm ki, onun sifət cizgilərində birtitrəyiş var. Sanki Vahidin ruhu ondan nə isə soruşur, ona hansısa suallarıverir və o da heç kimin eşitmədiyi səslə onu cavablandırır. İnanın ki, bu halonsuz da kövrəlmiş olan ürəyimi parçaladı. Özümdən asılı olmadan yerimdənqalxdım. Getdim… Getdim və sarıldıq bir-birimizə. İkimiz də eyni anda bircə kəlməsöz dedik:

- Allah xoşbəxt eləsin!Vahidin ruhu şad olsun!

Sonra çəkildik bir kənara. Bir anlıq susduq. Bu susmaq deyildi. Bu, içimizdə hər ikimizin eynianda Vahidlə həmsöhbət olmağı idi. Elə bil Vahid bizi tərk edəndən sonra, yənicismani ayrılıqdan keçən o zaman kəsiyindən sonra yenidən görüşdürdüyünə görərahatlanmışdı. O təkcə qızının toyuna gəldiyimizə görə yox, həm də görüşdüyümüzəgörə sevinirdi. Mən üzümü azacıq yanaçevirdim ki, kirpiklərimin ucundakı parıltı görünməsin. Ələddin də belə etdi.Bunu mütləq Vahid gördü. Mən buna əminəm. Çünki Vahidin gördüyünü Ələddin dəduydu və ovcumun içində olan əlini sıxdı.Bax, burdan anladım Vahidin bizi gördüyünü…

Yadıma bu toydan birneçə gün öncə yazdığım misralar düşdü. O misralar da bir kövrək məqamınyaşantıları idi. İndi yaşadıqlarıma sanki elə o kövrəklikdən keçib gəlmişdim.Ona görə də pıçıldayıram o misraları.


Bilirsənmi,

bu ötüb keçən anda

azalır ümid də

hələ güman da

tale gözlərini mənəyumanda

sənin də içindən nəsəsınacaq…

bilirsənmi,

yol aparan, yol alan

vaxt ötdükcə dönüb olurağ yalan

sonra onun arxasıncaağlayan -

eşitdiyi hər bir səsəsınacaq!..

birisənmi,

mən kim idim, kim etdin

danışmadın, susmağınlahim etdin

bir naşının köklədiyisim etdin -

ilk toxunan hər bir kəsəsınacaq!..


***

Hə, o məclisdə Vahidin dostlarından,yəni bizim çevrəmizdən olan Taleh Elsevər, yəni Taleh Əliyev də göynəyə-göynəyə,kövrələ-kövrələ çıxış elədi. Sözünün hər bir nöqtəsində Vahidi qaldırdı,qaldırdı… sözünün hər bir nöqtəsində Vahidi yaşatdı, yaşatdı… və nəhayət,sözünün hər bir nöqtəsində Vahidin ailəsini, dostlarını, doğmalarını ona aidolduqları üçün dəyərləndirdi. Mən bütün bunlara görə, Talehə minnətdaram. Ammademək istəyirəm ki, biz dostların, şəxsən mənim Vahidə layiq olmağım mənim özümüçün şərəfdi. O mənim içimin istəyiydi. Mən bunu qazana bilmişəmsə, Vahid üçünqazanmamışam, özüm üçün qazanmışam. Özüm Vahidin əhatə dairəsində olmağım üçünetmişəm. Amma nə qədər alınıb, bunu bilənlər bilir, bir də Vahid. O ki, qaldıbu məclisin ahənginə…

Əlimi ürəyimin üstünəqoyub bir Allah bəndəsi kimi tam səmimiyyətlə etiraf etmək istəyirəm ki, məclisVahidə layiq idi. Vahidin arzuladığı məclis idi. Sağ olsunlar ki, onun istəyini,arzusunu çin etmişdilər. Üstəlk, məclis həm də Vahidin istədiklərinin məclisiidi. Burda mən bir kənar, təsadüfi adama rast gəlmədim. Elə bil ki, dəvətiVahid özü etmişdi. Bu səbəbdən içimdəki rahatlıq həm də bir gələcək xoşbəxtliyinişartısı idi. Sanki kimsə mənə pıçıldayırdı ki, Vahidin qızının qurduğu yuva əbədivə davamlı olacaq. Buna şübhə etmə. Mən də o andan bu yazını diktə etdiyim anaqədər o şübhədən uzağam və ümumiyyətlə, o şübhə mənə yaxın gəlmir. Deməli,həyatın təqdimatları belə yerdə öz gerçək üzünü göstərir. İçinrahatdısa, deməli seçim də yerindədi. Çox sevinirəm və çox istəyirəm ki,duyğularım, hisslərim məni aldatmasın. Ümumiyyətlə, Vahidin dostlarınıaldatmasın!..

Bəli, həmin gün Füzulidə,Qayıdış qəsəbəsində qurulmuş məclisin başı üzərindəki ruh o məclisin qoruyucusuidi. Bir az qayğılı, bir az sevincli, bir az da duyğusal durumda. Bunlar normal olduğu kimi, həm də insanı silkələyən,insanı öz-özüylə üz-üzə qoyan, danışdıran görüntülərdi, məqamlardı. Mən ogörüntülərin, o məqamların videoyazısı olan yaddaşımı indinin özündə dəqapamıram, arxa plana keçirmirəm. Axı, söhbət Vahid Əlifoğludan, onun məclisindəngedir…

Biz Ələddin Qəmbərlə buməclisdə Vahidin yaxınları, doğmaları,dostları kimi görüşsək də, amma həm də şəxsən mənim içimdə bu görüşün bir adıda Vahidi ziyarət etmək idi, özü də Ələddinlə birlikdə. Elə o ziyarət pıçıldadımənə bütün bu yazdıqlarımı, bütün bu düşündüklərimi. Necə deyərlər, sifarişVahiddən gəlsə də, onu gerçəkləşdirmək, ona şərait yaratmaq Ələddin Qəmbərinxidməti sayılmalıdır. Təbii ki, bütün olanların və olacaqların qəhrəmanlarıbizdən asılı olmadan seçilir. Və biz də həmin qəhrəmanların fikirlərini sözəçeviririk. Mən bu andan sonra bir müddət düşündüm. Nələr baş verdiyini, nələrdənkeçib gəldiyimi xatırlamağa, anlamağa çalışdım. Gördüm ki:


Bütün itirdiklərim

tapdıqlarımın önündə

bəlkə də sizə görə

ölçüyə gəlməz -

heç nədi…

itirdiklər

im

inciməsin

tapdıqlarım

bu gün üçün

gözümün nuru,

dizimin taqəti,

varlığımın ruhu

deməli,

ürəyimdir -

seçmədi!

amma

ən böyük bir gerçək var

o da -

itirdikdlərim,

ömrümdən,

həyatımdan

heç də elə-belə

ötüb keçmədi

ağrıtdı məni

ağrıdır indi də!..


***

Həyatın mənzərələrikifayət qədərdi. O mənzərələr içərisində rəhmətlik Məməd Dəmirçioğlunun dediyikimi, insan sayda insan mənzərələri var. Bax mən də özünəməxsusluğu ilə seçilən,heç bir ölçüyə, standarta uyğun gəlməyən, öz xarakteri, öz yaşamı, həttadanışıq manerası olan Vahid Əlifoğlununmənzərəsini nə qədər ifadə etməyə çalışıramsa da, nöqtə qoya bilmirəm.Çünki çox qəribə və çalarlarla, cizgilərlə dolu mənzərədi. Bir yazıda, bir şəkildəonların hamısını təqdim etmək mümkün olmur. Ona görə də mən Vahidin barəsində hərdəfə yazında elə bilirəm ki, daha bitdi, bundan belə ancaq onun haqqında düşünəcəm,onu xatırlayacam. Amma neyləyim ki, bu qərarımı özümdən asılı olmadan pozuram.Səbəbi də məhz dediyim o çoxcizgili mənzərədi. Həmin mənzərənin içərisindəVahidin dostları da, elə Ələddin Qəmbər də var. Mən bunu görməyə bilmirəm.Gördüyümü də yazmaya bilmirəm. Məhz həmin gördyümüdən sonra bu misralarıyazdım:


İçimdə od keçirib

Çəkdirirsən hər günah

Məni belə incidib -

Belə sınamaq günah!...


Yönüm sənə - qibləyə

Bunu nə var bilməyə!

İnanırsa kim nəyə-

O cür açılır sabah!..


Sənsən mənə dözüm də

Amma sənin gözündə

Elə mənim özüm də -

"Ah"dı, bir dəki, günah!..


Hansı qəmi geyim ki,

Ta qalmadı heyim ki?!

İstəyirəm deyim ki -

Gecik,

açılma sabah!..


Hə, mən o günü elə istəyirdimVahid də, Ələddinlə mənim söhbətimin iştirakçısı olsun. Amma istəklə hər şeyolmur ki!


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV