adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Avqust 2016 11:19
9570
MƏMLƏKƏT
A- A+

Metroda işləmək istəyənlər üçün pulsuz kurs - Foto

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri" və "Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri" vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.

Bu barədə Adalet.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.

Kursda iştirak tələbləri:

• Yaş: 22 - 30 arası

• Cinsi: kişi

• Hərbi mükəlləfiyyətli

• Təhsil: Texniki ali

• Dil bilikləri:

• Azərbaycan dili - əla

• Rus dili - yaxşı

• Digər xarici dil bilmək arzuolunandır

• Qeydiyyat: Bakı şəhəri

Şöbə rəisi bildirib ki, kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir.

Müraciətlər avqustun 25-dək qəbul edəcək.

Metroda işləmək istəyənlər üçün pulsuz kurs - FOTOMetroda işləmək istəyənlər üçün pulsuz kurs - FOTO