adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Avqust 2016 11:33
12827
MƏMLƏKƏT
A- A+

Lənkəranski dəfn olundu - Fotolar - Yenilənib

Türkiyədə baş vermiş silahlı hücumdan sonra dünyasını dəyişən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) dəfn edilib.

Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunub.

***

Türkiyədə qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) son mənzilə yola salınır.

Yas mərasimində iştirak etmək üçün ölkənin müxtəlif bölgələrindən Lənkərana axın var.

Rusiyada yaşayan azərbaycanlılar dəfndə iştirak etmək üçün Lənkərana gəliblər.

Ötən gün qətlə yetirilən avtoritet Rövşən Lənrəranski üçün cənazə namazı qılınıb.

Cənazə namazından sonra Lənkəranskinin nəşi ata evinə aparılıb. Mərasimi aparan din xadimi bildirib ki, anası onunla təkbətək vidalaşmaq istəyib.

Məlumata görə, Lənrəranski atasının məzarının yanında dəfn olunacaq.