adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Avqust 2016 00:06
7300
LAYİHƏ
A- A+

VƏTƏNİ SEVMƏK, VƏTƏNƏ AŞİQ OLMAQ...

(əvvəli ötən saylarımızda)


İdman sahəsinin uğurları

Rayon Gənclər və İdman İdarəsi iş planına uyğun olaraq idmançıların respublika və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etmişdir. Belə ki, Biləsuvar rayonunda keçirilən 10-11 yaşlı futbolçular arasında "Sabahın ulduzları" kuboku uğrunda futbol üzrə ölkə çempionatında rayon komandası birinci, 2000-2001-ci il təvəllüdlü qızlar arasında voleybol üzrə ölkə çempionatında üçüncü yeri, Xaçmaz rayonunda keçirilən yeniyetmələrin X Respublika oyunları proqramına daxil olan qız voleybol komandalarının respublika birinciliyində rayon komandası birinci yeri tutmuşdur. Bakı şəhərində keçirilən sərbəst güləş üzrə gənclərin birinciliyində Məhəmməd Abdullayev birinci yeri qazanmışdır.
Macarıstanda Pankration döyüş növü üzrə keçirilən Avropa çempionatında Ehtiram Dərişov birinci, Coşqun Dərişov isə üçüncü yeri tutmuşdur.
Vətənin Müdafiəsinə Hazıram poliatilon çoxnövçülüyü üzrə respublika çempionatında rayonun komandası uğurla çıxış edərək çempion olmuşdur.

Əhalinin sosial müdafiəsi sahəsində nümunəvi iş qurulur

Cari ilin altı ayı ərzində Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 353 aztəminatlı ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 1 ailəyə düşən ünvanlı sosial yardımının orta aylıq məbləği 146 manat təşkil etmişdir. Mərkəzdə 53 nəfərə əlilliyə görə, 7 ailəyə ailə başçısını itirdiyinə görə və sağlamlıq imkanları məhdud olan 18 yaşadək 27 nəfər əlil şəxsə sosial müavinət təyin edilmiş, 304 nəfərə uşağın doğulmasına görə, 11 nəfərə cəzaçəkmə müəssisəsindən olunmasına görə və 14 nəfər radiasiya qəzasında əlil olmuş şəxslərə birdəfəlik müavinət verilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində 2016-cı ilin birinci yarısında məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz ümumilikdə 91.8% yerinə yetirilmişdir. Proqnoz büdcə sektoru üzrə 98.8%, qeyri-büdcə sektoru üzrə isə 70.2% yerinə yetirilmişdir. Hesabat dövrü ərzində şöbə üzrə 9 hüquqi, 265 fiziki şəxs, 56 torpaq pay mülkiyyətçisi uçota götürülmüş və 01 iyul 2016-cı il tarixə şöbədə 459 hüquqi, 3781 fiziki və 4306 torpaq pay mülkiyyətçisi olmaqla, cəmi 8546 sığortaedən uçotda olmuşdur. Bu günədək Fond tərəfindən 20004 sığortaolunana sosial sığorta şəhadətnaməsi hazırlanmış və onlara şəxsi hesab açılmışdır.
Hesabat dövründə DSMF rayon şöbəsində 181 nəfərə əmək pensiyası təyin olunmuş, uçotda olan pensiyaçıların sayı 8419 nəfər olmuşdur. Rayon üzrə 1 nəfərə düşən orta aylıq pensiya məbləği 173.4 manat təşkil etmişdir.
2016-cı ilin birinci yarısında rayon Məşğulluq Mərkəzinə işaxtaran kimi müraciət etmiş vətəndaşlardan 1607 nəfəri qeydiyyata götürülmüş, onlardan da 715 nəfəri 29 yaşadək gənclər olmuşdur. Qeydiyyata götürülənlərin 212 nəfəri ali, 300 nəfəri orta-ixtisas, 448 nəfəri ilk peşə-ixtisas, 613 nəfəri tam orta və 34 nəfəri isə ümumi orta təhsili olanlardır.

Xidmət sahələrinin fəaliyyəti
razılıq doğurur

2016-cı ilin birinci yarısında rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən şəhərin 106 küçəsində yerləşən fərdi evlərdən, yaşayış binalarından, sahibkarlıq subyektlərindən, idarə, müəssisə və təşkilatlardan məişət tullantılarının daşınması həyata keçirilmişdir. Belə ki, fərdi müqavilələr əsasında 1731 sayda təsərrüfat subyektinə, 678 sayda kommunal evlərdə yaşayan abonentə və 266 sahibkara xidmət göstərilmişdir. Kombinat tərəfindən 25 idarə, müəssisə və təşkilatla məişət tullantılarının daşınmasına dair müqavilələr bağlanmış və müvafiq xidmətlərin göstərilməsi təmin edilmişdir. Məişət tullantılarının daşınması prosesi 5 ədəd traktor və 3 ədəd xüsusi avtomobil vasitəsi ilə həyata keçirilmişdir. Şəhər ərazisində abonentlərə xidmət üçün 7 qutu, 15 xüsusi yer və 152 xüsusi konteyner ayrılmışdır. Hesabat dövründə şəhərin küçə və parklarında 6 cökə, 20 şərq çinarı, 245 müxtəlif növ meşə cinslərindən olan ağac tingləri, 285 qızılgül kolu, 13000 ədəd beqoniya, 1150 ədəd petunia, 650 ədəd taqetes və 900 ədəd pərpətöyün, 700 ədəd ətirşah və 450 ədəd kartof gülü növlərindən olan çiçəklər əkilmişdir.
Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi tərəfindən qaz itkilərinin, qaz xətlərinə qanunsuz qoşulma və müdaxilə hallarının qarşısının alınması üçün qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilərək 62 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Müddət ərzində 1091 mənzilə qaz çəkilişi aparılmışdır. Hesabat dövründə rayon üzrə 15592 ev təsərrüfatından 9210 təsərrüfat təbii qazdan istifadə etmişdir.
Elektrik Şəbəkəsi tərəfindən cari ilin altı ayında 63,5 km 10 kV-luq, 57,6 km 0,4 kV-luq hava xətti, 83 ədəd transformator yarımstansiyası əsaslı təmir olunmuş, 78 ədəd 10 kV-luq, 43 ədəd 0,4 kV-luq hava xətlərində qəzalı vəziyyətdə olan dayaqlar yeniləri ilə əvəz olunmuşdur. Müddət ərzində 509 ədəd elektrik sayğacı quraşdırılmışdır. Tasmalı kəndində yeni transformator yarımstansiyası quraşdırılaraq 0,4 kV-luq şəbəkə yenidən qurulmuşdur. Qaxbaş kəndində yeni transformator yarımstansiyası quraşdırımış, hazırda 0,4 kV-luq şəbəkənin yenidən qurulması işləri başa çatmaq üzrədir.
Digər xidmət sahələrində də tədbirlər uğurla davam etdirilir. Bütün bunlar barədə növbəti yazılarımızda daha geniş söhbətlərimiz olacaq.

Məzahir ƏHMƏDZADƏ
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ