adalet.az header logo
  • Bakı 18°C
17 Avqust 2016 17:59
15486
GÜNÜN LƏTİFƏSİ
A- A+

Günün lətifəsi

Okeanın üstündə qəzaya uğrayan təyyarənin stüardessası kimsəsiz adaya düşür. Ayılanda baxır ki, başının üstündə bir kişi dayanıb. Soruşur ki, sən kimsən? Kişi:

- Vəli Xramçaylıyam. Mən də on il bundan qabaq sənin kimi bu adaya düşmüşəm. İndi də quşdan-zaddan tapıb kabab bişirib yeyirəm.

Stüardessa:

- Acından ölürəm, kababdan mənə də verərsən?

Vəli:

- Əvəzində nə verəsən?

Stüardessa utana-utana:

- Sənin on ildi arzusunda olduğunu verə bilərəm.

Vəli sevincək qızı qucaqlayır:

- Azz, saa qurban oleyim, neujeli araq gətirmisən?